Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir – FOTO

13:49 - 12 / 12 / 2018
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir – FOTO

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir.

1news.az-ın məlumatına görə, YAP-ın Beynəlxalq əlaqələr şəbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli, Milli Məclisin deputatları Mirzəcan Xəlilov və Sevinc Hüseynova, YAP Gənclər Birliyi ofisinin rəhbəri Fərid Nəsibov daxildir.

Nümayəndə heyəti ilk olaraq Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quan ilə görüşub. Sonra YAP nümayəndə heyətinin üzvləri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Kütləvi səfərbərlik üzrə mərkəzi komissiyanın rəhbəri xanım Truong Thi Mai ilə görüş keçiriblər. Görüşlərdə partiyalar arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, eləcə də əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, bir neçə il öncə tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması münasibətlərin inkişafında vacib rol oynayır. Həmçinin, hər iki ölkənin hakim partiyalarının İCAPP çərçivəsində fəal əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Görüşlərdə Vyetnamın Azərbaycandakı inkişaf proseslərini diqqətlə izlədiyi bildirib və bu ilin aprel ayında Azərbaycanda keçirilən prezident seçkilərində YAP-ın Sədrinin parlaq qələbə qazanmasının xalqın bu partiyaya inamının ifadəsi kimi dəyərləndirilib.

Görüşlərdə YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inam ifadə olunub və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Daha sonra YAP-ın nümayəndə heyəti Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsinin rəhbər şəxsləri ilə görüşüblər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 12-də isə nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Vyetnamdakı Səfirliyinini ziyarət ediblər.

Qeyd edək ki, YAP nümayəndə heyətinin Vyetnama səfəri dekabrın 14-də başa çatacaq.

1news.az

Paylaş:
781

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər