Yarıçılpaq transseksual bıçaqla komendanta hücum edib - FOTO - VİDEO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Yarıçılpaq transseksual bıçaqla komendanta hücum edib - FOTO - VİDEO  

11:20 - 18 / 01 / 2018
Yarıçılpaq transseksual bıçaqla komendanta hücum edib - FOTO - VİDEO  

Transseksual "Səbinə"nin iştirakı ilə baş verən insidenti əks etdirən video sosial şəbəkələri bürüyüb və böyük rezonans doğurub.

1news.az-ın Sputnik-ə istinadla verdiyi xəbərə görə, videodan göründüyü kimi, seksual azlıqların nümayəndəsi əlində bıçaq Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsinin ərazisində yerləşən yaşayış binasının komendantının kabinetinə hücum edib. Komendantın otağına daxil ola bilməyən transseksual etiraz əlaməti olaraq nümayişkaranə surətdə paltarını soyunub öz boğazını kəsməyə cəhd göstərib. Transseksualın vəhşi qışqırıqları ilə müşayiət olunan bu xoşagəlməz insident bina sakinlərinin biri tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkələrə yerləşdirilib.

Bu, Bakıda daha bir transseksualın növbəti çılğın hərəkətidir. Belə bir təsəvvür var ki, heç kəs cinsi azlıqların belə cəsarətli nümayəndələrinə qarşı heç nə edə bilməz. Sosial şəbəkələrdən birinin istifadəçisi soruşur ki, "niyə insidentin günahkarı cəzalandırılmayıb?"

Baş vermiş insidentin təfərrüatlarını və onun nə ilə qurtardığını öyrənmək üçün Sputnik Azərbaycan-nın əməkdaşı Nəsimi rayonunun hüquq-mühafizə orqanlarına müraciət edib. Aydın olub ki, hadisə yanvarın 7-də Azadlıq prospektində yerləşən və "Yüksəliş" mənzil-tikinti kombinatı tərəfindən inşa olunan binanın həyətində baş verib.

Polisin məlumatına görə, komendantla transseksual arasında münaqişə sonuncunun elektrik enerjisinə olan borcunu ödəməməsi səbəbindən başlayıb. Komendant borca görə transseksualın yaşadığı mənzilin işığını kəsib. Nəticədə "Səbinə" bir neçə şəxsin müşayiəti altında mətbəx bıçağı ilə komendanta hücum etməyə cəhd göstərib. Komendant qapını içəridən bağlasa da, transseksual qapının şüşəsini qırıb.

"Bu, qatı xuliqanlıqdır, amma transseksual saxlanmayıb. Çünki komendant polisə şikayət ərizəsi yazmayıb. Əgər o, şikayət ərizəsi yazsaydı, bizim əlimizdə onun saxlanması üçün əsas olardı. Amma belədə xuliqanlıq edən şəxs sındırdığı şüşənin cəriməsini ödəyib və sərbəst buraxılıb" — deyə polisdən bildiriblər.

Bununla belə, Nəsimi rayon polisi və digər asayiş keşikçiləri tez-tez transseksuallar və digər cinsi azlıqların nümayəndələri ilə bağlı problemlərlə üzləşməli olurlar. Bu rayonun ərazisində seksual azlıqların nümayəndələrinin qaranlıq vaxtlarda əylənməsi üçün çox sayda gecə klubları, barlar, massaj salonları var. Gündüzlər isə polisin onlarla bağlı başı dərddə olur.

"Kaş onlar sadəcə homoseksual olardılar. Allah xatirinə, necə istəyirlər, qoy elə də yaşasınlar! Ancaq bəzən biz fahişəlik edən təkəbbürlü transseksual və geylərlə bağlı işlərlə məşğul olmaq məcburiyyətində qalırıq. Onlar Azərbaycan cəmiyyətinin onlara tolerant yanaşmasından istifadə edərək özlərini sadəcə dözülməz şəkildə aparırlar. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlara bildirdiyi ən kiçik iradı belə qeyri-ənənəvi seksual oriyentasiyası olan insanlara qarşı nifrət əsaslı təzyiq kimi qiymətləndirir, yuxarı instansiyalara şikayət etməyə başlayırlar. Nəticədə günahkar biz oluruq, onlar yox" -  deyə məlum səbəblərdən adını açıqlamadığımız polis əməkdaşı bildirib.

Biz həmin transseksual "Səbinə" ("Səbiş") ilə əlaqə yaratdıq. Xoşbəxtlikdən, onu tapmaq elə də çətin olmadı. Çünki internet sevişmək üçün öz həmcinslərini axtaran transların telefon nömrələri ilə doludur. Fahişəlik onların əsas gəlir mənbəyidir.

"Səbinə" özünün əsl adını deməkdən imtina etdi və bildirdi ki, bunu öz təhlükəsizliyini sığortalamaq üçün edir. O, qeyd edib ki, hadisə baş verən gün kirayə etdiyi mənzilə gedərkən işığın komendant tərəfindən kəsildiyini görüb.

"Komendant evə zəng eləyib, telefonu mənim anam götürüb. Söhbət zamanı o, anamı və məni təhqir edib. Bu, məni möhkəm qəzəbləndirdi və mən bıçağı götürərək aşağı endim ki, komendantın öz hərəkətlərinə izahat verməsini tələb edim. Mən özümə xəsarət yetirməyə başlayanda Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerində idilər. Onlar bizi şöbəyə apardılar. Sonra mən şüşəyə görə cərimə ödədim və bizi buraxdılar. Amma komendant məndən şikayət yazmadı" -  deyə "Səbinə" bildirib.

Həmsöhbətimizin sözlərinə görə, o, artıq anası ilə birlikdə həmin mənzildən köçüb və bu xoşagəlməz insidentlə xatırlanmaq istəmir. Öz növbəsində "Səbinə" internet məkanında yayılan videonun ona ziyan vurub-vurmayacağı ilə maraqlanır.

Video transseksual "imici"nə xələl gətirməyəcək, amma "Səbinə" xuliqanlığa görə qanun qarşısında cavab verməlidir. 19-cu polis bölməsinin əməkdaşları bildiriblər ki, komendantın transseksualla bağlı şikayət etməməsinə baxmayaraq, xuliqanlıq hadisəsini törədildiyi yer ictimai yerdir və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur. Hazırda materiallar araşdırılmaq üçün Nəsimi RPİ-nin İstintaq və təhqiqat şöbəsinə verilib.

S.Xankişiyeva

Paylaş:
7355

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər