Vergilər Nazirliyi və İmza Qrup birgə “100 Uğurlu imza“ layihəsinə qəbul elan edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər Nazirliyi və İmza Qrup birgə “100 Uğurlu imza“ layihəsinə qəbul elan edir

10:28 - 10 / 05 / 2017
Vergilər Nazirliyi və İmza Qrup birgə “100 Uğurlu imza“ layihəsinə qəbul elan edir

Vergilər Nazirliyinin Tədris Mərkəzi və İmza Qrup birgə “100 Uğurlu imza“ layihəsi çərçivəsində ödənişsiz ACCA təlimlərinə qəbul elan edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təstiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorlarının inkişafına dair Strateji Yol Xəritələrin qarşısına qoyduğu mühüm vəzifələrin yerinə yetirməsi, kiçik və orta sahibkarlığın inkişafı, şəffaflığın daha da artırılması, nağdsız əməliyyatların stimullaşdırılması maliyyə və mühasibatlıq səhəsində savadlı gənc mütəxəssislərin formalaşdırılması zərurət yaradır.

Dünyada geniş tətbiq sahəsini tapmış ACCA proqramı, BMT və Dünya Bankı tərəfindən maliyyə və muhasibatlıq sahələrində qlobal ixtisaslaşdırma təməli kimi tövsiyyə olunur. Həmçinin, ACCA proqramı dünyanın audit firmalar və nəhəng korporasiyalar tərəfindən tanınaraq biznesin müxtəlif sahələrində karyera inkişafı yollarının seçilməsi üçün zəmin yaradır.

Birgə layihə 100 cavan və bacarıqlı insanları beynəlxalq ixtisasın alınması üçün onları ruhlandırmaq və motivasiya etmək məqsədini daşıyır.

Uğurla imtahanlardan keçən və sertifikatlara nail olan layihə iştrakçıları işəgötürənin qarşısında rəqabət üstünlüyu əldə edəcəklər.

ACCA ixtisasının əldə edilməsi 3-4 il orta müddəti olan və 14 imtahandan ibarət çətin və mürəkkəb yoldur. Bu yetərincə bahalı proses olduğundan bir çox istedadlı gənc bu ixtisası əldə etmək arzusundan imtina etməli olur.

Ölkəmizdə öz peşəkar inkişafını görən və gələcəyini Azərbaycanla bağlayan hər bir gənc üçün “100 Uğurlu imza” real şans yaradır.

Proqram çərçivəsində aparıcı şirkətlərin rəhbərləri ilə master-klass formatında görüşlər və namizədlərin hərtərəfli inkişafı və formalaşması üçün əlavə təlimlər də nəzərdə tutulur.

Layihə üçün ölkəmizin müasir gəncləri sırasından 100 bacarıqlı namizəd seçiləcək. Təlimlər İmza Qrup şirkətinin tədris mərkəzində təcrübəli təlimçilər tərəfindən tədris olunacaq. Təlimlərin nəticəsində Vergilər Nazirliyinin Tədris mərkəzində rəsmi imtahanlar keçiriləcək.

Ümid edirik ki, “100 Uğurlu imza” layihəsi bacarıqlı gənclər üçün yeni biliklərin əldə edilməsi, birgə layihələrin həyata keçirilməsi, gələcək işəgötürənlərlə görüşlərin keçirilməsi və yeni biznes birliyinin formalaşması üçün bünövrəyə çeviriləcəkdir.

Qeydiyyatdan keçmək üçün müraciət formasını doldurmaq və tərcümeyi-hal göndərmək kifayətdir.

Müraciyət Forması:

AZ:  https://goo.gl/forms/FbKmxUpvK2GKiP753

ENG:  https://goo.gl/forms/NI6wmyQX7GdtVtdF3

RUS: https://goo.gl/forms/BzWMQD9LuN8A5H0L2

Tərcümeyi-hal [email protected][email protected]öndərilməlidir. Məktubun başlığında“100 Uğurlu imza” qeyd olunmalıdır.

Əlavə məlumat üçün (+99412) 310-09-08, (+99470) 270-46-92 Pərvin Ələkbərova, (+99470) 249-46-92 Nigar Sariyeva.

Qeydiyyat üçün son tarix: 5 iyun 2017.

Reklam hüququnda

Paylaş:
3126

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər