Vəkillər Kollegiyasının yeni sədri seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkillər Kollegiyasının yeni sədri seçilib

12:37 - 07 / 12 / 2017
Vəkillər Kollegiyasının yeni sədri seçilib

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov məlumat verib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları iştirak edirlər.

Fərhad Nəcəfov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilib. Vəkil Anar Bağırov seçkinin nəticəsinə görə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, komissiyanın sədri seçilib.

Toplantıda Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni üzvləri də məlum olub. Rəyasət Heyətinə vəkillər Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva , Sahib Səfərov, Tural Hüseynov, Elçin Qəmbərov seçilib.

Aydın Axundov və Pərviz Ələkbərok isə VK sədrinin müavinləri seçiliblər.

Konfransın gündəliyinə əsasən, toplantıda Vəkillər Kollegiyasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının qəbulu və Vəkillər Kollegiyasının 2017-2022-ci illər üzrə büdcəsinin təsdiq edilməsi nəzərə tutulub.

Konfransın yekununda isə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanovun “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: “e-məhkəmə” informasiya sistemi” mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Fərhad Nəcəfovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də gözlənilir.

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi olub.

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

1news.az

Paylaş:
1718

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər