Unibank 2017-ci il fəaliyyətinin nəticələrini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank 2017-ci il fəaliyyətinin nəticələrini açıqlayıb

15:30 - 19 / 01 / 2018
Unibank 2017-ci il fəaliyyətinin nəticələrini açıqlayıb

Unibank 2017-ci ili 4 milyon 44 min manat mənfəətlə başa vurub.

Bankın kapitalı əhəmiyyətli dərəcədə artıb. Nizamnamə kapitalı 2016-cı illə müqayisədə 1,8 dəfəyə yaxın artaraq, 125 milyon  686 min manata çatıb. Məcmu kapital 67 milyon 488 min manatadək artıb.

Unibank-da əksər sahələr üzrə – kreditləşmə və qeyri-kredit məhsulları, əmanətlərin cəlbi, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb.

“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2017-ci ildə səhmdarların yaxından dəstəyi ilə Bankın komandası daha yaxşı göstəricilərə nail olmaq üçün böyük səylə çalışıblar:

“ Biz bankın bütün xidmət sahələri üzrə daha yaxşı nəticələr əldə etdik. Bir il ərzində bank  iki dəfə kapitalını artırdı. İli mənfəətlə başa vurduq, rəqəmsal bankçılıqda yüksək göstəricilərə imza atdıq. Bu nəticələr bizim üçün Bankın orta müddətli strategiyasını uğurla həyata keçirməkdə  yaxşı baza rolunu oynayacaq”.  

Ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biri olan Unibank, 32 filialı ilə 870 000 müştəriyə xidmət göstərir.

Ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə  2,6 dəfə artıb.

Bank müştəri sayının da əhəmiyyətli dərəcədə artımına nail olub. Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.

Bununla yanaşı, 2017-ci ildə ölkə bank bazarında ilk dəfə Unibankda pərakəndə kreditləşmə sahəsində  innovativ model tətbiq olunub. Nəticədə müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb.

Dövlət İpoteka Fondunun vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə illik satış 2 dəfədən çox artmaqla yanaşı, portfelin həcmi 50 milyon manatı keçib.

Parakəndə biznes istiqamətində qeyri -faiz gəlirləri və pul köçürmələrinin həcmi 115% artıb. Plastik kartların sayında il ərzində 20%-dən çox artım olub.

Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, ötən il rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı ötən il 100 000-i keçib. Unibank Mobile 2017-ci ildə beynəlxalq “Markswebb”  agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilərək, MDB ölkələri banklarının ilk 25-liyində yer alıb. Bununla yanaşı, Unibank 2017-ci ildə MasterCard-ın innovasiyalar üzrə nominasiyasının qalibi olub.

2017-ci ildə bank sektorunda ilk dəfə olaraq fərdi sahibkarlar üçün mobil bank əlavəsi – Unibank Business Mobile-ı istifadəyə verilib. İl ərzində daha da təkmilləşdirilmiş İnternet Bank  istifadəçilərinin sayı isə 1,7 dəfə artıb.

2017-ci ildə Unibank ölkə qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri olub. Bank, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub.

Unibank 2018-ci ili ölkəmiz üçün iqtisadi artım ili kimi qiymətləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq.

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

Paylaş:
650

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər