“Toyota Prado” avtomobilinin yeni modeli təqdim olundu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Toyota Prado” avtomobilinin yeni modeli təqdim olundu – FOTO

18:20 - 10 / 11 / 2017
“Toyota Prado” avtomobilinin yeni modeli təqdim olundu – FOTO

Bu gün Nardaranda yerləşən “Sea Breeze” istirahət mərkəzində “Toyota”nın “Land Cruiser Prado” avtomobilinin yeni modelinin təqdimat mərasimi keçirilib. 

1news.az-ın məlumatına görə, mərasimdə “Toyota” şirkətin rəsmiləri ilə yanaşı, avtomobil həvəskarları, eləcə də ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

“Toyota”nın Qafqaz üzrə prezidenti Mitsui Konişi tədbiri açıq elan edərək iştirakçıları salamlayıb.

“Toyota Bakı Mərkəzi”nin Marketinq müdiri Nərgiz Abbasova mərkəzin Azərbaycandakı fəaliyyətindən danışıb. “Toyota Bakı Mərkəzi”nin 2006-cı ildə açıldığını diqqətə çatdıran N.Abbasova şirkətin Bakı ilə yanaşı Gəncədə də satış salonlarının olduğunu qeyd edib.

“Toyota Abşeron Mərkəzi”nin satış müdiri Elşən Əhmədov “Toyota Prado”nun yeni modeli ilə bağlı təəssüratlarını bölüşərək yeni modeldə həm təchizat, həm də xarici görünüşlə bağlı bir çox yeniliklərin edildiyini vurğulayıb.

Çıxışlardan sonra “Toyota” şirkətinin tarixi və nailiyyətləri barədə videoçarx nümayiş olunub. Ardınca isə yeni “Toyota Prado” modelinin təqdimatı olub.

Məlumat verilib ki, 65 illik geniş yolsuzluq mirası sayəsində “Land Cruiser” keyfiyyəti, davamlılığı, etibarlılığı və rəqibsiz yolsuzluq performansı və yüksəkkeyfiyyətli rahatlığı ilə öz sinfində unikaldır.

Dünyanın 190-dan çox ölkəsində mövcud “Toyota” modelləri içində, “Land Cruiser” öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və ən etibarlı “4x4”lərdən biri kimi ön plana çıxıb, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olub. Azərbaycanda isə “Toyota” şirkəti maşın bazarının 20%-nə nəzarət edir.

“Yeni Land Cruiser” daha müasir, möhkəm və yeni xarici görünüşü, bununla yanaşı, daha da inkişaf etmiş, rahat və yüksəkkeyfiyyətli interyer dizaynı, həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır.

Qeyd edilib ki, erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar paneli özündə 8 düym olan Toyota Touch® 2 multi-media sistemi, Optitron spidometri, 4,2 dyümlük multi-informasiya displeyini birləşdirir.

Maşının içindəki rahatlıq ön oturacaqlardakı ventilyasiya, arxa oturacaqların qızdırılması, avtomatik klimat-kontrol və yeni smart açar sayəsində daha da artırılıb.

“Land Cruiser”-in əvəzolunmaz yolsuzluq qabiliyyətinin sirri, yüksək dayanıqlı, deformasiyaya davamlı xüsusiyyətləri ilə yanaşı sinfində özünəməxsus bir quruluş, həmçinin, sürücülərə təklif olunan idarəetmə və texniki dəstək səviyyəsinin birləşməsidir.

Yeni “Land Cruiser”-in yolsuzluq qabiliyyətləri üç arxa diferensial seçimi sayəsində daha da genişlənib - açıq, qapalı və ya yeni Torsen Yüksək Sürtünmə Diferensialı (YSD). Dairəvi-görüntü Seçmə Sistemi (DGS), 5-pilləli Yolsuzluq Şəraitində İdarəetməyə Kömək Sistemini avotmatik aktivləşdirən AVTO rejimin əlavə edilməsilə inkişaf etdirilib. Bundan başqa Dairəvi-görüntü Monitorunun funksiyaları Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa görüntüsü displeyi əlavə edilməklə artırılıb.

“Land Cruiser”-in yeni modeli Azərbaycanda 8 komplektasiyada təklif olunur və onun sürətlər qutusu 5 və 6 pilləli avtomat müəyyən olunub.

Komplektasiyadan asılı olaraq 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur.

Avtomobilin qiymətinə gəlincə, yeni Toyota Pradonun qiyməti 43900 dollardan başlayır. Ən lüks təchizatlı  komplektasiya  74700 dollara  təklif olunur. 

Tədbirin sonunda media nümayəndələri “Toyota Prado”nu yolsuzluq şəraitində sürərək sınaqdan çıxarıblar.

Babək Cahandarov

Paylaş:
3973

Son xəbərlər

Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34
Bütün xəbərlər