Telman İsmayılova daha bir zərbə | 1news.az | Xəbərlər
Cəmiyyət

Telman İsmayılova daha bir zərbə

15:42 - 21 / 01 / 2018
Telman İsmayılova daha bir zərbə

Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan "Tropikano” biznes-klubuna məxsus bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib.

Məhkəmə Telman İsmayılovun şirkətinin müflis olması ilə əlaqədar “Tropikano” biznes-klubunun meneceri Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Bundan əlavə "Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan olunub.

"Tropikano” biznes klubunun müflisləşməsinin təşəbbüskarı VTB qrupuna daxil olan "BM-Bank”dır. Şirkət sentyabr ayında müflis elan olunub. Borclunun bank qarşısında 19,2 milyard rublluq öhdəliyi var ki, bunun da 10,5 milyard rublu əsas borc məbləğidir.

Xatırladaq ki, "AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

Oxu.az

Paylaş:
600

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər