CAR-ın Azərbaycanla əməkdaşlıqda prioritet hesab etdiyi sahələr – Səfir açıqlayır | 1news.az | Xəbərlər
Müsahibə

CAR-ın Azərbaycanla əməkdaşlıqda prioritet hesab etdiyi sahələr – Səfir açıqlayır

17:09 - 07 / 03 / 2018
CAR-ın Azərbaycanla əməkdaşlıqda prioritet hesab etdiyi sahələr – Səfir açıqlayır

Cənubi Afrika Respublikasının(CAR) Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada) Pule Malefanenin 1news.az-a müsahibəsi

Cənab səfir, Azərbaycana səfərinizin əsas məqsədi nə idi və görüşlər zamanı hansı məsələləri müzakirə etdiniz?

-Mən Cənubi Afrika Respublikasının(CAR) Azərbaycandakı qeyri-rezidenti səfiriyəm və belə səfərlər Azərbaycanla normal diplomatik münasibətləri yerinə yetirmək üçün edilir. Bu səfər zamanı hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirdim, Azərbaycan Ticarət və Sənaye Palatası ilə ticarət və investisiya əlaqələri üçün bir çərçivə yaratmaq məqsədilə anlaşma memorandumu imzaladıq, ADA Universitetində Nelson Mandellanın 100 illik yubileyinə həsr olunmuş məruzə ilə çıxış etdim. Həmçinin, eyni mövzuda Bakı Dövlət Universitetində də məruzəm oldu.

- Ümumilikdə, Azərbaycanla CAR arasında münasibətləri necə dəyərləndirirsiniz? Bu il iki ölkənin əlaqələrində hansı sahələrin inkişafı prioritet təşkil edə bilər?

- CAR-la Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və biz əlaqələrimizi möhkəmləndirməyə çalışırıq. CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Nkoana-Maşabane iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə 2017-ci ildə Azərbaycana səfər edib.

Azərbaycanla əməkdaşlığın əsas istiqamətləri enerji əməkdaşlığı, müxtəlif hərbi texnika ilə təmin etməklə hərbi sənaye sahələrinə yönəlib, biz eyni zamanda tələbələr və təhsil müəssisələri arasında mübadilə imkanlarını araşdırırıq. Biz əməkdaşlıq sahələri arasında müdafiə sahəsinə daha çox üstün veririk, çünki Azərbaycan Cənubi Afrikanın müdafiə sahəsində strateji tərəfdaşlarından biridir. Daha vacib sahələrdən biri isə təhsil sektorunda əlaqələrin inkişafıdır. Bəzi gənclərimiz Azərbaycanda ali məktəblərdə təhsil almağa gəlirlər. ADA Universitetində keçirilən müzakirələrin mövzularından biri məhz təhsil sahəsində əməkdaşlıq idi.

Biz, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı anlaşma memorandumu imzaladıq.

-Afrika qitəsində CAR iqtisadi cəhətdən ən inkişaf etmiş ölkə sayılır. Ölkə iqtisadiyyatının daha çox hansı sahələri güclüdür?

- Cənubi Afrika ənənəvi olaraq maliyyə və resurs sektorlarında, yəni mədənçilikdə güclü olub. Turizm, kənd təsərrüfatı, tikinti və infrastruktur da inkişafı üçün güclü sektorlardır. Cənubi Afrika texnologiya, e-ticarət, maliyyə və digər xidmətlərə daha böyük diqqət ayıraraq, biliklər əsasında iqtisadiyyata keçid edir.

Ölkəmiz şərab istehsalında 9-cu ən böyük istehsalçısıdır. Eyni zamanda aqro-emal, avtomobil, kimya  sənayesi, İKT və elektronika, metal, tekstil, geyim və ayaqqabı sektoru üstünlük təşkil edir. Turizm, bankçılıq və maliyyə, eləcə də kommunikasiya iqtisadiyyatın inkişaf edən sektorlarıdır.

CAR Afrika Birliyi ilə 2063-cü ildəki gündəliklə bağlı yaxından əməkdaşlıq edir, belə ki, Afrika İttifaqı ilə uğurlu, çiçəklənən bir Afrika qurmaq üçün çalışırıq. CAR Afrika qitəsinin inkişafında çox yaxından iştirak edir.

- Azərbaycanda son illər xüsusilə, qeyri-neft sektorunun inkişafı üzrə islahatlar aparır. İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı durumu və perspektivləri barədə nə deyə bilərsiniz?

-Bizim üçün bu, əsasən müsbət bir inkişafdır, çünki iki ölkənin iqtisadi əlaqələrini gücləndirir. CAR Azərbaycanın bəzi yaradıcı islahatlarını öyrənmək imkanı əldə edə bilər. Biz sizin güclü olan, tərəqqi əldə etdiyiniz sahələri nəzərdən keçirə bilərik. Azərbaycandakı islahatları alqışlayırıq və bu inkişaf münasibətlərimizə yeni bir dəyər əlavə edir.

- Bu gün “Made in Azerbaijan” brendi adı altında məhsullar artıq dünya bazarlarına çıxarılır. CAR Azərbaycandan hansı məhsulları almaqda maraqlıdır və Azərbaycan brendinin bu ölkədə tanınma şansı varmı?

-Daha əhəmiyyətli sahə Azərbaycanın gücünü əks etdirən İKT-dir, amma müdafiə sektoru da Azərbaycanla işləmək istədiyimiz sahələrdən biridir. Bunlar bir neçə sahədir, amma digər imkanlar da var. Biz əməkdaşlığımızı bu iki sahə ilə məhdudlaşdırmırıq. Hesab edirik ki, digər sahələr üzrə də əməkdaşlıq imkanlarına baxa bilərik.

AZPROMO ilə müzakirə zamanı biz yalnız malların ticarətini deyil, investorları da cəlb etməklə bağlı fikir mübadiləsi apardıq. Cənubi Afrika istəyir ki, sərmayəçilər ticarətlə məşğul şəxs olmasın, Azərbaycan da eyni dərəcədə bunu istəyir. Biz qarşılıqlı olaraq Cənubi Afrika və Azərbaycana müvafiq biznes icmalarının səfərlərini təşkil etməyi nəzərdən keçiririk.

CAR  həm də turizm sektorunun inkişafı ilə dünyada məşhurdur. Azərbaycanla turizm sahəsində əlaqələr nə yerdədir? İki ölkə arasında turizmin təşfiqi üçün nə kimi addımların atılmasına ehtiyac var?

- Bizim Bakıda təşkil edilən biznes seminarda müzakirə etdiyimiz məsələlərdən biri də viza ilə bağlı idi.  Bu sahədə inkişaf üçün viza və uçuş biletlərinin qiyməti çox vacibdir. Səyahət edən şəxs viza prosesinin ağrısından keçmək istəməz. Beləliklə, biz viza məsələsini həll etmək üçün daha kreativ yollar axtarmalıyıq. Aviabiletlərin qiyməti də artıb. Türk Hava Yolları bu ərazidən insanların Cənubi Afrikaya daşınmasında üstünlük təşkil edir. Cənubi Afrikanın Hava Yolları buradan  uçmur. Azərbaycanda bu bazarın necə olduğunu anlamaq və qiymətləndirmək, insanların Azərbaycandan, Yohannesburqdan necə uçmaq istədiklərini araşdırmaq lazımdır. Bu, məsələlər öyrənilməlidir.

Azərbaycanlılar Cənubi Afrikaya səyahət edirlər. Cənubi Afrikada Azərbaycan vətəndaşları da var və öllkəmizdə həmin şəxslərə xidmət edən səfirliyiniz də mövcuddur.

- Cənab səfir, CAR həm də turistlər üçün bir qədər təhlükəli ölkə kimi qəbul oluna bilər. Azərbaycanda da belə bir fikir formalaşıb. Ölkənizdə turistlərin təhlükəsizliyi necə təmin olunur?

-Cənubi Afrika il ərzində 9 milyon turisti cəlb edir və bütün turistlər öz yerlərinə təhlükəsiz olaraq qayıdırlar. Beləliklə, deyə bilərəm ki, ölkəmiz təhlükəsizdir, çünki biz turistlərin sayının azalmasını deyil, artdığını müşahidə edirik.

CAR həmçinin, mühüm tədbirlərə, o cümlədən idman yarışlarına, çoxtərəfli konfranslara ev sahibliyi edir. Bu tədbirlərin hamısı təhlükəsizlik mühitində keçirilib. Cənubi Afrikaya gəlmək istəyənlər daha əvvəl getmiş şəxslərlə əlaqə qurub onların təcrübələrini bölüşə bilərlər. Onlar deyəcəklər ki, Yohannesburqda, Keyptaunda, yaxud Durbanda olublar  və çox məmnun qalıblar. Səfər zamanı heç bir polis müşayiəti olmayıb. Ölkə turistlərə bir çox maraqlı yerlər və təcrübə təklif edir. Beləliklə, Azərbaycan turisti ölkəni kəşf edə və ziyarət edəcəyi maraqlı ərazilərin siyahısını hazırlaya bilər.

- Cənubi afrikalılar turist kimi Azərbaycana səfər edirlər?

- Cənub afrikalıların Azərbaycana gəlməsi üçün bir potensial var, lakin onlar bu unikal ölkənin təklif etdiyi cazibə və təcrübələrdən xəbərdar olmalıdırlar. Bu barədə məlumatlar və təcrübə hər yerdə mövcud deyil və təcrübələr hər bir ölkə üçün unikaldır. Biz bu istiqamətdə birgə işləməliyik.

-Siz daha əvvəlki müsahibənizdə və indi Azərbaycanla əməkdaşlıq üçün əsas sahələrdən biri kimi müdafiə sektorunu vurğuladınız. Hazırda bu sahədə əməkdaşlıq nə yerdədir?

- Biz bu sahədə çox işlər görməmişik, hesab edirəm ki, niyə irəliləyişin olmadığını nəzərdən keçirməliyik. Birlikdə işləyə biləcəyimiz sahələrdən biridir, ancaq hələ ki, hər hansı bir fəliyyətin olmadığı kimi görünür. Biz razıyıq, bu vacib sahədir, amma bunun zəruri olduğunu təmin etmək üçün müvafiq addımlar atılmalıdır.

İki ölkənin münasibətlərinin intensivliyi üçün Bakıda səfirliyin olması da vacibdir. CAR hökumətinin yaxın gələcəkdə belə bir planı varmı?

- Bəli, səfirlik açmaq istəyi də mövcuddur. Məsələ ondadır ki, öyrənməli olduğumuz bir çox məsələlər var. Səfirliyin açılması ilə bağlı mövqeyimizi dəyişməmişik, amma mənim nəzarətimdə olmadığı üçün hansısa vaxt çərçivəsi deyə bilmərəm.

- Bu yaxınlarda CAR-ın yeni prezidenti seçildi, bu dəyişiklik ölkənin xarici siyasətinə hər hansı təsir göstərəcəkmi?

- Ölkənin xarici siyasətində heç bir dəyişiklik yoxdur, lakin Cənubi Afrika üçün vacib olan sahələrə diqqət yetirilir. Prezidentin qətiyyət göstərdiyi məsələlərdən biri münaqişələrin dialoqla aradan qaldırılmasıdır. Biz qitədə və ondan kənarda insan itkisinə gətirib çıxaran heç bir müharibəni dəstəkləmirik. Bu cür problemlərin həllinin bir hissəsi olmaq istəyirik, Dialoqsuz münaqişələr həll edilə bilməz. Fikirayrılıqlarının, anlaşılmazlıqların aradan qaldırmaq üçün münaqişələrin sülh yolu ilə həll variantını tapmalıyıq.

- Ölkənizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədən ibarətdir?

- Biz BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair müvafiq qətnamələrini dəstəkləyirik.

- İki ökə arasında yaxın günlərdə yüksək səviyyəli rəsmi səfərlər gözlənilir?

- Aprel ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək üçün CAR-ın yeni xarici işlər naziri xanım Lindive Sisulunun rəhbərliyi ilə nümayəndə heyəti Bakıya gələcək. Bu, yeni nazirin Azərbaycana ilk səfəri olacaq. Həmin heyət də mən də təmsil olunacam.

- Qeyri-rezident səfir olduğunuz üçün təbii ki, Bakıya az-az gəlirsiniz. Burdan hansı təəssüratlarla ayrılırsınız?

-Mən Bakıya gəlmək üçün hər bir fürsətdən istifadə edirəm. Mən gördüyümüz işləri davam etdirmək, əldə edilmiş bəzi razılaşmaları nəzərdən keçirmək üçün yenidən Bakıya gələcəm. Bu, davamlı bir prosesdir və mənim məsuliyyətimin bir hissəsidir.

-Cənab səfir, Bakıda səfəriniz zamanı həm də CAR-ın sabiq prezidenti, dünya şöhrətli siyasi xadim Nelson Mandellanın 100 illik yubileyi ilə bağlı da tədbirlər oldu...

-Bəli, səfərimizin bir məqsədi də Nelson Mandellanın 100 illik yubileyi ilə bağlı CAR hökumətinin qərarına uyğun olaraq Bakıda mühazirələr təşkil etmək idi.

Səfirlik olaraq biz bu dünyanın simvolu olan Mandellanın həyatını haqqında mühazirələr keçiririk. Bu, Mandelanın 100 illik yubiley tədbirlərinin bir hissəsidir. İl ərzində başqa proqramlar da olacaq. Bizim Özbəkistanda və Türkiyədə də belə proqramlarımız, debatlarımız olacaq. Cənubi Afrika hökumətinin bu ili Mandelanın 100 illik yubileyi elan etməsindən çox şadıq. Bu, daha yaxşı bir dünya üçün birgə işləməkdə bizi motivasiya edir.

Pərvanə Sultanova

 

 

Paylaş:
1923

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06
Bütün xəbərlər