Sarkisyan alçaqları qəhrəmanlaşdırmaqda davam edir: əvvəlcə Ndje, indi isə Monte Melkonyan – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan alçaqları qəhrəmanlaşdırmaqda davam edir: əvvəlcə Ndje, indi isə Monte Melkonyan – FOTO

15:43 - 02 / 12 / 2017
Sarkisyan alçaqları qəhrəmanlaşdırmaqda davam edir: əvvəlcə Ndje, indi isə Monte Melkonyan – FOTO

Hər bir xalqın folklor və tarixində həqiqi və mifik qəhrəmanları var. Yaşlı nəsil gənclərdə mənəvi-əxlaqi dəyərlərin formalaşmasında bu qəhrəmanları nümunə gətirir.

Onlar haqda kitablar yazılır, mahnılar bəstələnir, filmlər çəkilir, bir sözlə bu qəhrəmanlara hər kəs heyran olur. Bəzən bu şəxsiyyətlər milli sərhədləri aşaraq dünya tarixində də qəhrəmanlara çevrilirlər.  

Gənc nəslə hər zaman özünü bənzətmək üçün ehtiyac duyduğu ideallar lazımdır. Misal üçün: fransız – fəxrlə öz övladlarına Janna d`Arkı, ingilis – dəyirmi masa cəngavərləri və hersoq Vellinqton haqda, rus – epik qəhrəmanlar və marşal Jukov haqda, azərbaycanlı – əfsanəvi Koroğlu, Babək haqda söyləməklə yanaşı, müasir qəhrəmanlardan Həzi Aslanov, Mehdi Hüseynzadə, Mübariz İbarimovu nümunə göstərir.

Bəs müasir Ermənistan gəncləri hansı qəhrəmana bənzəmək istəyirlər?

Ta qədim zamanlardan bu ölkədə körpələrə “qorxulu türklər” haqda nağıl danışılaraq, gənclərdə bütün etnosa qarşı nifrət aşılanıb. Həmçinin Ermənistanda real hərbi cinayətkarların qanlı əməlləri “yüksək qiymətləndirilərək qürur mənbəyinə” çevrilib.

Fotoda: Serj Sarkisyan Monte Melkonyan adına hərbi-idman məktəbinin açılşında.

Yaxın günlərdə Dilicanda Ermənistan prezidenti Serj Sarkisyan məşhur başkəsən, yüzlərlə dinc azərbaycanlı qadın, uşaq və yaşlının vəhşicəsinə qətlə yetirilməsində günahkar bilinən Monte Melkonyan adına hərbi-idman məktəbinin açılşında şəxsən iştirak edib. Melkonyan etdiyi vəhşiliklərdən dolayı Ermənistanda milli qəhrəman adına layiq görülüb.

Mərasimdə çıxış edən Sarkisyan məktəbin müdavimlərini “əfsanəvi qəhrəmana bənzəmələlərinə” çağırıb. Təbii ki, bu aydındır. Məhz Melkonyanla Ermənistanın hazırki dövlət başçısı Qarabağda Azərbaycan kəndlərində qətliamlar törədiblər.

Fotoda: Serj Sarkisyan və Monte Melkonyan

Xocavənd faciəsi, Xocalı soyqırımı – məhz onların əl işidir və Britaniya jurnalisti Tomas de Vaala Sarkisyanın həyasızca etirafıdır:

“Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişə bildik”.

Ermənistanda müqəddəsləşdirilən bu “qəhrəman” kimdir?

Fotoda: Ermənistanın sabiq prezidenti Robert Koçaryan və Monte Melkonyan

Arayış: “Avo” ləqəbli Monte Melkonyan erməni əsilli ABŞ vətəndaşı, beynəlxalq terrorçu, “ASALA inqilabçı hərəkatı” qrupunun Qərbi Avropa rəhbəri, girovların ələ keçirilməsi və partlatmaq üzrə məşhur mütəxxəsisdir. Yaxın Şərqdə bir sıra döyüşlərdə iştirak edib. O, bütün dünyada minlərlə dinc sakinin qətlə yetirilməsində iştirak edib.

1980-ci ilin yazında ASALA-ya üzv olan Melkonyan Roma, Afinada terror təşkil edib, 1981-ci ildə Parisdə türk konsulluğunda terror əməliyyatları törədilməsində iştirak edib. Daha sonra isə “ASALA inqilabçı hərəkatı”nı yaradıb.

1985-ci ilin noyabrında Melkonyan Parisdə qanunsuz silah saxlamaqda və sənədlərin saxtalaşdırlmasına görə saxlanılaraq 6 il müddətinə həbs olunur.

Fransada həbsxanadan azad olunduqdan sonra Melkonyan terror fəaliyyətini davam etdirir. Bu dəfə o, Dağlıq Qarabağda Xocalının ələ keçirilməsində erməni komandir rolunda.  

1993-cü ildə Dağlıq Qarabağda öldürülüb.

Onun dəfn mərasimində Ermənistan prezidenti başda olmaqla bir sıra erməni rəsmi şəxslər də iştirak edib. Bu beynəlxalq terrorçu  Ermənistanın milli qəhrəmanı adına layiq görülüb.

Bütün bunlar rəsmi xronikadır. Monte Melkonyanın qardaşı – Markarın kitabından seçmələr.

Kitab “Qardaşımım yolu” adlanır. Kitabın əsas hissəsini Monte Melkonyan haqda xatirələr və onun şəxsi fikirləri tutur:

“Görünür Qaradağlıda gedən döyüşlər Montenin rəsmi vəzifədə olaraq komandanlıq etdiyi ilk uğurlu döyüşdür. Lakin tezliklə hər şey dəyişir. Arabo və Aramo döyüşçüləri kəndin kənarında 38 nəfəri əsir götürür. Onlar arasında dinc sakinlər və qadınlar da vardı... Arabo və Aramo dünən həlak olmuş əsgər yoldaşlarının qisasını almaq üçün əsirlərə atəş açır. Aştarak vətənpərvər düşərgəsindən olan Edo yaralı əsgərlərin üzərinə benzin tökərək yandırır. Monte ora çatdanda bir yığın insan qalığı vardı”.

Monte Melkonyanın əsgərlərinin iştirak etdiyi Xocalı soyqırımı haqda isə kitabda belə yazılıb:

“Gecə saat 11 radələrində 2000 erməni döyüşçüsü Xocalını üç tərəfdən mühasirəyə aldı. Fevralın 26-da qaçqınlar xilas olmaq üçün altı mil aralı olan Ağdam istiqamətinə isrəliləyirdirlər. Burada erməni əsgərlər onları mühasirəyə aldı. Arabo döyüşçüləri bıçaqlarını çıxararaq zərbələr endirməyə başladı. Monte Martuniyə 22 gün əvvəl çatmasına baxmayaraq minlərlə günahsız və silahsız insanların həlak olmasında iştiak etmişdi.

Xocalı strateji məqsəd olmaqla yanaşı, həmçinin intiqam aktı idi”.

Əlləri qana bulaşmış terrorçu Melkonyanın yaxınlarının xatirələri, eləcə də “döyüş yoldaşı” Serj Sarkisyanın açıq etiraflarına baxmayaraq rəsmi Ermənistanın mövqeyi Xocalı faciəsini azərbaycanlıların etməsi kimi göstərməkdir...

Necə deyələr, artıq şərhə ehtiyac yoxdur.

Buna görə də hazırda Ermənistanda terrorun və faşizmi dövlət səviyyəsində təbliğ edilməsində təəccüblü heç nə yoxdur.

Bütün bunları nəzərə alaraq, hərbi cinayətkar, erməni separatçılarına rəhbərlik etmiş Serj Sarkisyanın nasist yaltaq Qaregin Ndjenin heykəli önündə baş əyməsində təəcüblü heç də yoxdur.

Bütün bunları nəzərə alaraq, Ermənistanın yüksək çinli məmurlarının Qarabağ müharibəsi zamanı yüzlərlə azərbaycanlını, yetkinlik yaşına çatmayanları qul kimi saxlamasında təəccüblü heç nə yoxdur.

Bütün bunları nəzərə alaraq, dünyada irihəcmli terror aktları törətmiş beynəxalq terrorçuların nüfuzlu erməni diasporlarında olmasında təəccüblü heç nə yoxdur.

Əsas təəccübü isə dünya ictimaiyyətinin bütün bunları görərək və bilərək susması doğurur.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
3879

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər