Şakira bir azərbaycan ailəsini necə məhv etməyə çalışdı və ya Maxi.az ilə bir gün - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şakira bir azərbaycan ailəsini necə məhv etməyə çalışdı və ya Maxi.az ilə bir gün - FOTO

18:12 - 22 / 07 / 2019
Şakira bir azərbaycan ailəsini necə məhv etməyə çalışdı və ya Maxi.az ilə bir gün - FOTO

Maxi.az şirkəti 2006-cı ildən fəaliyyət göstərən İnteqral Plus elektronika dükanlar şəbəkəsi əsasında yaranmışdır və axır illər ərzində Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satışı ilə məşğul olan ən böyük şəbəkələrdən birinə çevrilmişdir.

Maxi.az yaradıcıları iddialı bir məqsədi təqib edirdilər – elektronika və məişət texnikası satışı üzrə Azərbaycanda ən yaxşı şəbəkə olmağı bacarmaq, və bu gün tam əminliklə demək olar ki, məqsədlərinə nail olmuşlar. İnteqral Plus şəbəkəsi çərçivəsində işlədiyi illər zamanı toplanmış insan resursları və peşəkar təcrübə nəticəsində bu mümkün olmuşdur. Onu da əlavə edək ki, Maxi.az üçün əvvəlcədən ən əsas məqsəd kəmiyyət artımı deyil, ilk növbədə keyfiyyətli artımdır, və həmçinin böyük təcrübə və yeni ideyalar birləşməsidir, hansı ki, Azərbaycan bazarında hələ həyata keçirilməyib.

Və bu gün Maxi.az barədə söhbət açdıqda növbəti ən əsas məqamları qeyd etmək lazımdır – rəsmi, necə deyərlər “bəyaz” məhsulların geniş assortimenti, xidmət keyfiyyətinin yeni səviyyəsi və münasib qiymətlər. Bütün bunlarla Maxi.az saytında tanış olmaq mümkündür. Şirkətin daxili görünüşü və alıcılar üçün görünməyən tərəfləri barədə isə öyrənmək üçün materialı oxumağa davam edin.  

Azərbaycan Milli Mətbuat gününün 144-cü il dönümü ərəfəsində Maxi.az şirkəti azərbaycan kütləvi informasiya vasitələri nümayəndələri və blogerlər üçün öz qapılarını açmış və yalnız Maxi.az dost və peşəkar kollektiv üzvləri üçün məlum olan, qıraqdan görünməyən iş prosesinin bütün tərəflərini göstərmiş və izah etmişdir.

Amma ən əvvəl şirkət barədə bir neçə statistik məlumat:

- Maxi.az – İnteqral şirkətinə məxsus pərakəndə satış şəbəkəsidir, hansı ki, Azərbaycanda telekommunikasiya xidmətləri və məişət texnikası satışı sahəsində ən böyük oyunçulardan biridir.

- Maxi.az elektronika və məişət texnikası pərakəndə satış şəbəkəsi Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir.

- Şəbəkənin ən iri flaqman dükanı şəhərin ən böyük ticarət mərkəzi olan Gəcnlik Mall-da yerləşir.

- Maxi.az – dünyanın ən tanınmış brendlərindən 20 000 çeşiddən çox yüksək keyfiyyətli məhsul satışıdır.

Əminik ki, oxucularımız Maxi.az elektronika və məişət texnikası dükanlar şəbəkəsində heç olmasa bir dəfə olmuşlar, amma bu dəfə sizlərə şirkətin daxili qurumunu göstərmək istərdik, hansı ki, Milli Mətbuat Gününə həsr olunmuş press-tur zamanı jurnalistlərə təqdim olunmuşdur.

Press-tur İnteqral şirkətinin müdiri olan İlkin Qasımov ilə tanışlıq və müsahibə ilə başlandı. Jurnalistlərlə söhbət zamanı İlkin Qasımov aşağıdakıları qeyd etdi: “Maxı az internet-mağazası ilə digər şəbəkələrdən fərqlənir. Təkcə Azərbaycan bazarında deyil, bütövlükdə MDB bazarında texniki imkanları tərəfdən yüksək səviyyədədir. Saytda standart seçimlər olan məhsulun seçimi, müqayisəli xüsusiyyətləri, video baxışlar ilə eyni zamanda bazarımızda mövcud olan hər hansı taksit kartları ilə ödənişlər mümkündür. Platforma istənilən kartı seçmək, kredit müddətini hesablamaq və həmin an ödəniş etmək imkanı verir. Həmçinin debet kartları ilə ödəniş etmək də mümkündür. Lakin xüsusi modul - transfer üzrə ödəniş üçün yaradılmışdır. Müştəri bu modulu seçdikdə şirkətin möhürü və imzası ilə hazır elektron müqavilə, hesab-fakturalar və bu əməliyyat üçün bütün lazımlı sənədləri əldə edir. Bu modul xüsusilə korporativ müştərilər üçün rahatdır. Bu cür sistem yalnız bizim şirkətdə mövcuddur və istifadəsi çox rahatdır. Sadəcə bircə klik ilə müqavilə və hesabı əldə edirsiniz. Ödənişdən dərhal sonra isə sifariş etdiyiniz məhsullar qeyd etdiyiniz ünvana çatdırılır. MDB-də yalnız Maxi.az-da mövcud olan sistemdir.”

Şəbəkədəki məhsulların münasib qiymətləri barədə dedikdə, İ.Qasımov xüsusilə onu qeyd etdi ki, tanınmış dünya elektronika nvə məişət texnikası brendləri ilə birbaşa müqavilələr sayəsində bu mümkün olmuşdur: “Biz birbaşa brendlərlə işləyirik, buna görə də qiymətlər münasibdir.”

*0900 –hər gün 09:00-dan 21:00-dək işləyən, Maxi.az-ın hər bir müştərisinin bildiyi telefon nömrəsidir, çünki bu nömrədən təkcə lazımlı məlumat deyil, həmçinin bütün arzu və iradları bildirmək olar. Burada sizləri dinləyib, bütün dediklərinizi nəzərə alıb ən qısa zamanda probleminizi həll edərlər. Call centre meneceri Kəmalə Əliyeva kütləvi informasiya nümayəndələri ilə söhbət zamanı bildirdi ki, hər gün 30-dan 50 qədər azru və iradlı zənglər qəbul olunur, online satış zəngləri isə 500-dən 600 qədər ola bilər, ProNet provayderinin Maxi.az üçün icad etdiyi ProCall sistemində işləyən zənglərə peşəkar operatorlar cavab verir.

“Bizim üçün hər bir zəng vacibdir və hər bir zəng edən şəxsə biz xüsusilə yanaşırıq. Bütün azru, təklif və iradları ətraflı şəkildə nəzərdən keçiririk və bizdən asılı olan hər şey edirik ki, müştərilər razı qalsın” – danışır Kəmalə Əliyeva və qeyd edir ki, hərdən məzəli bir zənglər də olur və onlardan biri dünya şou-biznesinin nümayəndəsi olan Şakira ilə bağlıdır: “Bir adam bizə zəng vurdu və bizdən bir telefon satın aldığını söylədi, amma Braziliyadan olan Şakira J hər gün onu telefonla narahat etdiyinə görə ailəsində problemlər yaranır, və bizdən bu məsələni araşdırmağı xahiş etdi.”

Müştərilərin loyallıq proqramı şöbəsinin meneceri Asif Qurbanov bonusların hesablanması sistemi olan Bonus Plus barədə ətraflı məlumat verdi. Bu sistem sayəsində hər bir alıcı Maxi.az və digər tərəfdaşların dükanlarında yığılmış bonuslardan istifadə edərək ödəniş edə bilər. Həmçinin Bonus Plus müştərilərə müxtəlif eksklüziv aksiyalar və proqramlarda iştirak etmək imkanı verir.

“Bonus Plus proqramı 2014-cü ildən fəaliyyət edir və bu gün 200000-ə yaxın istifadıçiləri vardır. Zaman ilə ayaqlaşaraq, 2017-ci ildə eyni adlı mobil əlavə işləyir, hansını ki, 50000 nəfər istifadə edir – bu əlavəni App Store və Play Market-dən yükləmək olar. Bu proqram köməkliyi ilə Maxi.az-da alış-veriş edən hər bir müştəri 1%-dan 50 % -a qədər bonus əldə edə bilər. 50% rəqəmi sizi təəccübləndirməsin – bizim şəbəkədə müxtəlif aksiyalar zamanı bu mümkündür, buna görə də social şəbəkələrdə Maxi.az-ı izləyin, hər şeydən xəbərdar olun” – danışır Asif Qurbanov.

Kardlar şöbəsinin meneceri İlqar Babazadə jurnalistlərlə görüş zamanı qeyd etdi ki, digər şirkətlərlə müqayisədə işçilərin iş şəraitinin üstünlükləri: “Maxi.az şirkətinin hər bir əməkdaşı rəsmi olaraq işə qəbul olunur, şəffaf şəkildə əmək müqaviləsinə imza edilir, bu cür yanaşma ən əvvəldən olub və hər zaman olacaqdır. Bu şirkətimizin əsaslarından biridir, həm təqaüd fonduna, həm də ölkənin büdcəsinə müsbət təsir göstərir. Başqa bir üstünlüyü, bizim satış məsləhətçilərimizin bacarıqlarını artıran "Keyfiyyət Akademiyasında" aparılmış davamlı peşə təlimləridir və bu onlara peşəkarlıqla inkişaf etməyə və satışdan bonuslar qazanmağa imkan verir.”

Yuxarıda qeyd olunan "Keyfiyyət Akademiyasını" qeyd etmək lazımdır ki, mahiyyətində yalnız Maxi.az üçün deyil, ümumilikdə Azərbaycanda da unikal təlim mərkəzidir.

“Hədsiz mükəmməllik - şirkətimiziin fəlsəfəsidir” – peşəkar təlimlərin vacibliyi və lazımlılığını vurğulayaraq danışır Nuranə Əliyeva, “Keyfiyyət Akademiyasının” aparıcı treneri. Bu təlimləri həm yeni, həm də təcrübəli işçilər öz peşəkarlıqlarını yüksəldmək üçün keçirlər.

Press-turun iştirakçıları üçün Nuranə Əliyeva “Satış çempionları” adlı xüsusi treninq keçirdi, treninq zamanı satış sahəsində ən yaxşısı olmaq üçün gələcək "çempionu" hansı xüsusiyyətlərə sahib  olması lazım olduğunu ətraflı izah etdi.

“Satış çempionu” – məhsulu asan və tez satmağa öyrədən və satışların effektivliyini artırmaq üçün peşəkar proqramdır. “Keyfiyyət Akademiyası” mütəmadi olaraq xidmətin keyfiyyətinə müsbət təsir edən peşə təlimləri keçirir. Maxi.az mağazalarını ziyarət edərkən bunu asanlıqla görə bilərsiniz”, - Nuranə Əliyeva qeyd edir.

Press-tur Gənclik Mall Ticarət Mərkəzində yerləşən Maxi.az-ın əsas flaqman dükanında “Satış çempionu” təlimini keçən jurnalistlər və blogerlərin qeyri adı bir rolda – satış məsləhətçilər kimi  iştirakları ilə sona çatdı. Bütün bunlar necə oldu – aşağıdakı linkdə olan fotoşəkillərdə görə bilərsiniz.

Rəsmi sayt - https://maxi.az

Facebook - fb.com/maxi.az.shop

Instagram - @maxiaz.shop

Əlaqə nömrəsi - *0900

Reklam hüququnda

Paylaş:
1412

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər