“Sabah” Futbol Klubu: Azərbaycan Premyer Liqasının yeni siması | 1news.az | Xəbərlər
Futbol

“Sabah” Futbol Klubu: Azərbaycan Premyer Liqasının yeni siması

12:34 - 19 / 07 / 2018
“Sabah” Futbol Klubu: Azərbaycan Premyer Liqasının yeni siması

Ötən il, sentyabrın 8-də Azərbaycan futbol ailəsinə yeni üzv qoşuldu - “Sabah” Futbol Klubu yaradıldı. Klubun əsası qoyulduqdan qısa müddət sonra Birinci Divizionda çıxış etməyə başladı. “Sabah” mövsümü 40 xalla 10 komanda arasında 5-ci pillədə başa vurdu. Aşağı liqada keçirdiyi 27 oyunun 11-ni qələbə ilə başa vuran komanda 7 heç-heçə edib, 9 görüşdə məğlub olub.  

Mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında “Sabah” Futbol Klubuna Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsi qərara alındı. AFFA tərəfindən “Sabah”a göstərilən bu etimad gələcəkdə daha inamlı çıxış üçün kluba stimul verir. Məqsəd Azərbaycan futbolunun inkişafına töhfə vermək və ədalətli rəqabət şəraitində ölkədə daha bir klubun yaradılmasıdır.

Hazırkı vəziyyət

AFFA Lisenziya Komissiyasının qərarından sonra “Sabah”ın qarşısında yeni məqsədlər qoyuldu. Klubdan aldığımız məlumata görə, hazırda klubda bütün işlər yüksək liqada layiqli çıxış etməyə istiqamətlənib. Komandaya əcnəbi və yerli olmaqla daha təcrübəli futbolçular cəlb edilir.

“Sabah” Premyer Liqanın 2018/19 mövsümünə daha yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda, üçüncü hissəsini isə Türkiyədə, Bolu şəhərində həyata keçirir. “Sabah” Futbol Klubu çempionatın startına kimi möhkəm, sərgilədiyi oyunla futbol ictimaiyyətinin, azarkeşlərin rəğbətini qazanacaq komanda formalaşdırmağı qarşısına məqsəd qoyub.

Klubun missiyası

Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda qazanılan uğurlar artıq heç kim üçün gözlənilməz deyil. “Sabah” Futbol Klubu ölkəmizdə idmanın inkişafına öz töhfəsini vermək niyyətindədir.

İlk mövsüm üçün qarşıya qoyulan hədəf klubun Premyer Liqada yerini qorumasından ibarət olacaq. Təcrübəli legionerlərlə yerli futbolçuların vəhdətindən rəqabətə davamlı komanda formalaşdırmaq istiqamətində gedən işlər də məhz buna hesablanıb. Gələcəkdə isə klubun aşağı yaş qruplarında yetişmiş futbolçulara əsas komandada daha çox şans verilməklə onların daha yaxşı yetişdirilməsi planlaşdırılır. “Sabah”ın əsas missiyalarından biri də milli komandalarımızı futbolçu ilə təmin etməkdir.

“Vətən”lə əməkdaşlıq

Klubun əsas hədəfi ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bu istiqamətdə “Sabah” “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir. Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan “Vətən” RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, komandaların üzvləri: Emil Quluzadə U16 liqanın bombardiri, Elvin Abdullayev Kamran Şabıyev U15 liqada müvafiq olaraq liqanın bombardiri və ən yaxşı qapıçısı, Ömər Yusublu və Fəyyaz Mehdizadə U12 liqanın ən yaxşı oyunçusu və qapıçısı, Babamirzə Mehdiyev və Ayxan Əlizadə U11 liqanın ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı seçilib.

Məşqçi heyəti

Hər bir komandanın yaşıl meydanda qazandığı uğur bilavasitə məşqçi heyətinin peşəkarlığından asılıdır. “Sabah” bu cəhətdən öz işininin peşəkarı olan məşqçilər heyəti ilə çalışır. Komandanın baş məşqçisi Elşad Əhmədovdur. Baş məşqçinin köməkçiləri Rövşən Babayev və Səttar Əliyev, qapıçılarla işləyən məşqçi Vitali Kovalyov təyin olunub. Fiziki hazırlıq üzrə məşqçi isə serbiyalı mütəxəssis Milovan Matijaseviç olacaq.

Fair-play

“Sabah” Futbol Klubunun əsas prinsiplərindən biri də UEFA-nın ədalətli oyun (Fair-play) prinspilərinə və AFFA-nın nizam-intizam qaydalarına tam riayət etməkdir. Bundan əlavə, klub təkcə futbolçularının yaşıl meydanda sərgilədiyi oyunla yox, üzvlərinin həm meydanda, həm də ondan kənarda nümunəvi davranışı, rəqiblərə hörmətlə yanaşması ilə də nümunə rolunu oynamağı qarşısına məqsəd qoyub.

Klub aşağı yaş qruplarında yetişən futbolçuların yaxşı oyun keyfiyyətləri ilə yanaşı, yuxarıda sadalanan bu xüsusiyyətlərə yiyələnməsinə də əsas prioritet kimi yanaşacaq.

Dünya praktikasından istifadə

“Sabah” Futbol Klubu idarəetmə sahəsində öncüllərdən olmaq niyyətindədir. Bunun üçün klubun idarəsində dünya praktikasından istifadə etməyi planlaşdırılır. Əsas məqsəd sağlam maddi dayaqlar üzərində daim yaşayacaq futbol klubu formalaşdırmaqdır.

Yalnız maliyyə məsələsində yox, həmçinin, yeni futbolçuların yetişdirilməsi, onların əsas komandaya qazandırılması istiqamətində də dünya klublarının praktikasından istifadə ediləcək.

Yaxın zamanda “Sabah” Futbol Klubunun idarə heyəti yaradılacaq. Bu idarə heyətində Azərbaycan futbolunun tanınmış simaları, həmçinin, ölkəmizin sayılıb-seçilən xadimləri yer alacaq.

İnfrasturktur

“Sabah” Premyer Liqada ev oyunlarını 13 min tamaşaçı tutumuna malik, Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirəcək. Stadionla klub arasındakı anlaşmaya əsasən, bu arenanın əsas meydançası ilə yanaşı, təbii ot örtüklü ehtiyat meydança da komandanın ixtiyarında olacaq.

Bundan əlavə, təlim-məşq toplanışları zamanı bazanın daxilindəki mehmanxananın da xidmətindən istifadə edilməsi nəzərdə tutulub. Aşağı yaş qrupları isə “Vətən” RİOEUG futbol məktəbinin nəzdindəki stadionlardan, meydançalardan istifadə edəcək.

Rəhbərlik

“Sabah” Futbol Klubunun təsisçisi “Bridge Group of Companies”-in rəhbəri Yaqub Hüseynovdur. Sabah”ın prezidenti isə Maqsud Adıgözəlovdur.

Klubun büdcəsi əsasən “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacaq.

Klubda Müşahidə Şurası da fəaliyyət göstərəcək. Müşahidə Şurasının üzvləri yaxın günlərdə açıqlanacaq.

1news.az

Paylaş:
6590

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər