Rusiya səfirliyi Ermənistanda həbs edilmiş hərbçisi barədə | 1news.az | Xəbərlər
Ermənistan

Rusiya səfirliyi Ermənistanda həbs edilmiş hərbçisi barədə

16:31 - 14 / 12 / 2018
Rusiya səfirliyi Ermənistanda həbs edilmiş hərbçisi barədə

Ermənistanda Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən qüvvələr Gümrü şəhərində rus əsgərinin 57 yaşlı erməni qadını döyərək öldürməsi hadisəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar.

1news.az xəbər verir ki, bu barədə   səfirliyin açıqlamasında deyilir. Qeyd edilib ki, diplomatik korpus erməni ictimaiyyətini bu insidenti siyasiləşdirməməyə və ölkənin hüquq-mühafizə orqanlarının obyektiv istintaq aparmasına mane olmamağa çağırıb.

Səfirliyin bəyanatında deyilir: “Əvvəl olduğu kimi, biz yenə də bu məsələni siyasiləşdirməməyə, tələsik nəticələr çıxarmamağa, erməni hüquq-mühafizə orqanlarına öz işlərini yerinə yetirməyə mane olmamağa çağırırıq. Mərhumun doğmalarına və yaxınlarına da baş sağlığı veririk”.

Xatırladaq ki, dekabrın 3-də Gümrü şəhərində 57 yaşlı qadın fiziki zorakılığa məruz qalıb və aldığı bədən xəsarətlərindən vəfat edib. Dekabrın 11-də Ermənistan prokurorluğunun yaydığı məlumatda bildirilib ki, bu cinayət işində şübhəli bilinən 102-ci Rusiya hərbi bazasının əsgəri saxlanılıb. KİV-lərin xəbərinə görə, rus hərbçi Rusiya tərəfinin razılığı ilə həbs olunub.

1news.az

 

Paylaş:
650

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər