ru

Cəmiyyət

8 May saat 15:36

Rəhman Hacıyev: Facebook-un bir çox “qəhrəmanları” real həyatda fərqli olur – VİDEO

Rəhman Hacıyev: Facebook-un bir çox “qəhrəmanları” real həyatda fərqli olur – VİDEO

İctimai Televiziyanın efirində yayımlanan “Sabahın xeyir, Azərbaycan!” verilişinin budəfəki mövzusu sosial mediandan səmərəli istifadə və sosial etika ilə bağlı olub.

Studiyanın qonağı 1news.az-ın baş redaktoru Rəhman Hacıyev olub.

Veriliş zamanı sosial şəbəkələrdə aqressiya və neqativ hallar, sosial şəbəkə istifadəçilərinin bir-birinə səbr etməməsi müzakirə olunub.

“Artıq insanlar aqressiya və neqativdən beziblər. Təəssüflər olsun ki, bu, sosial şəbəkələrdə çox geniş yayılıb. Çox vaxt sosial şəbəkə istifadəçisi saxta profil vasitəsilə virtual dünyaya bütün aqressiyasını tökür”, - deyə R.Hacıyev bildirib.

Baş redaktorun qeyd etdiyi kimi, sosial şəbəkələrdə yayılmış video-çarxlar bir qayda olaraq keyfiyyətsiz çəkilir, bəzən isə savadsız şəkildə etik normaları pozur.

“Azərbaycanda Facebook sosial şəbəkəsinin 1 milyon daimi istifadəçisi var. Bunların böyük hissəsini gənclər təşkil edir. Və sosial şəbəkələrdə aqressiyanın olması onun mövcudluğunu,  bütövlükdə cəmiyyətdə olduğunu göstərir.

Facebook-un bir çox “divan qəhrəmanları” sosial şəbəkələrdə “parını çıxararlar”. Sosial şəbəkələrdə məşhur siyasətçilərin, ictimai xadimlərin səhifələrində şərh yazaraq bununla da özlərini “əsl qəhrəman”, ölkənin ictimai-siyasi həyatında aktual məsələlərlə bağlı “fikir yürüdən” hesab edirlər. Lakin real həyatda həmin insanlar bu cür cəsarətli olmurlar”.

Sonda baş redaktor sözlərinə əlavə edib ki, insanlar özlərini real həyatda olduğu kimi, virtual aləmdə də eynilə aparmalıdır.

Tərcümə: S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur