Qulaqcığa görə anasını güllələdi, atasını... – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Dünya

Qulaqcığa görə anasını güllələdi, atasını... – TƏFƏRRÜAT

12:30 - 16 / 01 / 2018
Qulaqcığa görə anasını güllələdi, atasını... – TƏFƏRRÜAT

ABŞ-da 28 yaşlı Metyu Nikolson onu videooyundan yayındıran anasını qətlə yetirib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” məlumat yayıb.

Polisin sözlərinə görə, oğlunun yataq otağından gələn qışqırıq səslərindən qorxuya düşən 68 yaşlı qadın otağa daxil olub. Çılğın oğul qəzəblənərək qulaqcıqlarını sındırıb və buna görə anasını təqsirli bilib. Bundan sonra ana-bala arasında düşən mübahisə daha da gərginləşib.

“O həm anası, həm atasını öldürəcəyini deyib”, - deyə asayiş keşikçilərindən biri bildirib.

Bundan sonra Nikolson əlində tapança anasının olduğu otağa qayıdaraq üç dəfə atəş açıb: güllələrdən ikisi divara tuş gəlib, bir güllə isə qadını başından ölümcül yaralayıb. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Anasını güllələməklə kifayətlənməyən Metyu atasını öldürməyə çalışsa da, sonuncu müqavimət göstərərək, tapançanı onun əlindən alıb.

Cinayət yerindən qaçan Metyu bir müddət sonra polis əməkdaşları tərəfindən həbs olunub. Metyunun odlu silahı hansı yolla əldə etdiyi barədə məlumat verilmir.

1news.az

Paylaş:
682

Son xəbərlər

Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12
Bütün xəbərlər