Oxumağa dəyər 5 kitab: hüquqşünas Əkrəm Həsənov məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: hüquqşünas Əkrəm Həsənov məsləhət görür – FOTO

16:14 - 02 / 05 / 2019
Oxumağa dəyər 5 kitab: hüquqşünas Əkrəm Həsənov məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti – IJS Law Firm hüquq firmasının rəhbəri, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü və “Azərbaycanın bank hüququ” kitabının müəllifi Əkrəm Həsənovdur.

***

Mən insanların o tipinə aiddəm ki, kitab mənimçün – ən yaxşı hədiyyə və ən yaxşı dostdur. Uşaqlıqdan bəri yeni kitab əldə etmək mənim üçün böyük sevinc olub. Sadəcə bir məqam dəyişib – indi oxumaq üçün kitablara qarşı daha seçiciyəm, çünki düşünürəm ki, bütün sevdiyim kitablar üçün bir neçə ömür də bəs etməz.  

Şagird və tələbələrə paxıllığım tutur: axı onların “işi” kitab oxumaqla bağlıdır. Bu mənada zaman puldan daha dəyərlidir. Əvvəllər özümə istədiyim kitabı ala bilmirdim. İndi isə zamanım azdır.

Oxuduqlarım arasında beş kitabı seçmək çox çətindir. İxtisasca hüquqşünasam. Həmçinin iqtisadi təhsilim də var. Maraq dairəmə din, tarxi, siyasət və psixologiya daxildir. Buna görə də seçimim bu sahələri əhatə edəcək. Bununla yanaşı, obyektiv olacağam və müxtəlif nəzər-nöqtələrini əhatə etməyə çalışacağam.

“Qurani-Kərim”

Səmavi kitabdır. Qurani-Kərimin yazılışında insan faktoru rol oynamayıb. İslam düşmənləri bunu təkzib etməyə çalışsalar da, sübut edə bilmirlər.

Dünyagörüşündən asılı olmayaraq, Quranla tanış olmaq üçün bu kifayətdir. Nümunə üçün, yəhudi və xristianlar Quranı oxuduqdan sonra təəccüblənirlər: demə ki, onların dini ilə İslam arasında bir çox ümumiliklər var. Deməli əslində bizi daha az suallar ayırır. İlk dəfə Quranı ateist olduğum zaman oxumuşam. Hazırda isə dindaram. Kitabı dəfələrlə oxumuşam və hər dəfə orada yeni nəsə tapıram (istər hüquq, istər iqtisadi, istər əxlaqi, istərsə də digər məsələlərlə bağlı). 14 əsr keçməsinə baxmayaraq, bu Ali Kitabdakı hər bir misra hələ də aktualdır. Tarixdə heç bir kitab bu cür böyük təsirə malik olmayıb. Puşkin, Höte kimi müsəlman olmayan dahilər də Qurandan ilham alıblar. Mən və milyonlarca müsəlmanlar üçün Quran hər şeydən öncə əbədi dəyərlər sistemidir.

Yuval Noy Harari “Sapiens. Bəşəriyyətin qısa tarixi”.

Müəllif – tarixçi, ateist, geydir. O, 500 səhifəlik kitabda bəşəriyyət tarixini olduqca maraqlı şəkildə analiz edib. Harari üçün millət, din və sivilizasiya anlayışı yoxdur. Onun üçün insan planetə hökmranlıq etməyi bacaran heyvandır. O, insanın bunu necə bacardığını başa salır. Bunu elmə (biologiya, fizika, kimya, psixologiya, hüquq, iqtisadiyyat, siyasət və s.) əsaslanaraq edir.

Başqa ateist-liberallardan fəqli olaraq Harari oxucuya öz “dinini” məcbur etmir. O sanki deyir: “Allah yoxdur, mən yalnız elmə inanıram”.  

Qısacası, hansı baxışa söykənməyinizdən asılı olmayaraq, bu kitabda bir sıra maraqlı məqamları tapacaqsınız. Müəllifin  digər kitabları da nəşr olunub. Lakin bu əsər onun şedevri hesab olunur.

Daron Əcəmoğlu və Coan Robinson “Nə üçün bir dövlət varlı, digəri isə yoxsuldur. Hakimiyyətin mənşəyi, rifahı və yoxsulluq”.

Müəlliflər coğrafi, iqlim, təbii ehtiyatlar, mədəni, dini kimi faktorların uyğunsuzluğunu konkret misallarla göstərir. Onlar dövlətin rifahı və ya tənəzzülünü ilk növbədə onların iqtisadi və siyasi institutları ilə əsaslandırır. Müəlliflər bu sosial institutları “hasilat” və “inkluzivliyi” ilə müqayisə edirlər.

Hasilat iqtisadi institutları elitalara – ölkənin siyasi dairələrini nəzarət edən qrupa daxldir ki, onlar öz mənfəətləri üçün dövlətin iqtisadiyyatını idarə edir. İnklüziv institutlar isə çoxlu sayda vətəndaş iqtisadi münasibətlərdə mənfəət əldə etmək imkanına sahibdir.

Erik Raynert “Varlı ölkələr necə varlanıb və kasıb ölkələr nə üçün kasıb qalıb”.

Raynert varlı ölkələrin varlanmasının səbəbini dövlətin emal sənayesi hesabına strateji investisiyalarının müdaxiləsində görür. Azad ticarət isə bərabər dövlətlər arasında effektivdir. Azad ticarət yoxsul ölkələri daha da yoxsullaşdırır.

İerinq Rudolf “Haqq mübarizəsi”

Hüquqşünas olaraq hüquqla bağlı kitabı tövsiyə etməyə bilməzdim. Hüquqşünalıqla bağlı bir çox kitablar oxumuşam. Hüquqla bağlı bir çox fundamental əsərlər var. Lakin bu kitab kimi həm fundamental,  həm də hər insana əlçatan digəri yoxdur. Bununla yanaşı bu əsər 150 il öncə yazılıb.

“Hüququn məqsədi – sülhdür, bunun vasitəsi isə – mübarizədir. Hüququn həyatı – mübarizədir, xalqların, hakimiyyətlərin, təbəqələrin və fərdlərin mübarizəsi.

Dünyada hər bir hüququn nəticəsi mübarizədir. Hər əhəmiyyətli hüquqi vəziyyət əvvəlcə ona müqavimət göstərənlərə qalib gəlməlidir. Xalqın hüququ – hər bir fərdi insanın hüququdur”.

Bu dahi alman hüquqşunasla bağlı sitatları davam etdirə bilərəm. Düşünürəm ki, gətirdiyim sitatlar onun kitabının mahiyyətini anlamağa kifayət edir. Kitab hər zamankı kimi bu gün də aktualdır!

İerinqin sözlərini unutmayın:

“Haqq uğrunda mübarizə hər bir insanın səlahiyyətli vəzifəsidir”. Özünüzə hörmət edin!

Oxumağa dəyər 5 kitab: Orxan Fikrətoğlu məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Xalq yazıçısı, deputat  Elmira Axundova məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
4036

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər