Novruz Məmmədov və İtaliya Prezidenti birgə işçi nahar ediblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov və İtaliya Prezidenti birgə işçi nahar ediblər - FOTO

15:25 - 19 / 07 / 2018
Novruz Məmmədov və İtaliya Prezidenti birgə işçi nahar ediblər - FOTO

Azərbaycanın Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər.

1news.az xəbər verir ki, ali qonağı salamlayan Baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Baş nazir dedi ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq.

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğuladı, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırdı.

Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edildi, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr oldu.

1news.az

Paylaş:
422

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər