Nərgiz Cəlilova: İlham Əliyev ölkəmizdə stabillik və sakit həyatın təminatçısıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərgiz Cəlilova: İlham Əliyev ölkəmizdə stabillik və sakit həyatın təminatçısıdır

16:11 - 13 / 04 / 2018
Nərgiz Cəlilova: İlham Əliyev ölkəmizdə stabillik və sakit həyatın təminatçısıdır

Azərbaycanda aprelin 11-də keçirilmiş seçkilərdə hazırki Prezident İlham Əliyev inanmlı qələbə qazandı.

İlham Əliyevə seçicilərin 86%-i, onun ən yaxın rəqibi Zahid Oruca isə 3% səs verdi.

İlham Əliyevin böyük səsçoxluğu toplayaraq rəqibələrini irəliləməsilə bağlı 1news.az müxtəlif sahənin nümayəndələrinə müraciət edib.

Azərbaycanın Əməkdar artisti, məşhur aparıcı Nərgiz Cəlilovanın bununla bağlı fikirlərini dərc edirik:

“İlham Əliyev “Yeni Azərbaycanı” yaratmış ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısıdır. Atasının siyasi kursu və ənənələri davam etdirməklə Prezidentimiz ölkəyə və xalqa həmin sevgini bəsləyib. Buna görə də Azərbaycan xalqı ona qarşı yüksək etiram göstərir”.

Bununla yanaşı, aparıcı bildirib ki, Azərbaycanın kiçik ölkə olması nəzərə alınaraq prezident burada elə siyasət yürütməlidir ki, iri və güclü dövlətlərlə ciddi müaqişələrin qarşısı alınsın, vətəndaşlar sakit həyatla təmin edilsin:

“İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində uzun illər ölkəmizi əhatə edən iri dövlətlər tərəfindən heç bir təhlükə ilə qarşılaşmırıq. Bu cür nəticəyə nail olmaq çox çətindir. Hazırda adi səhv addım ciddi fəsadlara yol aça bilər. Buna görə də düzgün strategiyanın qurulması istənilən dövlət başçısı üçün vacibdir.

Bütün Azərbaycan vətəndaşları ölkəmizin sürətli inkişafının şahididir. Bununla bağlı həmçinin beynəlxalq tədbirlərdə də danışılır. Bununla da Azərbaycan öz gücü göstərərək dünya arenasında daha çox tanınır. Belə ki, biz uzun illər Sovetlər Birliyində olmuş, müstəqillik qazanmış gənc ölkəyik.

Hazırki dövrdə isə ölkəmiz beynəlxalq ictimaiyyətə fəal surətdə qoşulur, çoxlu sayda beynəlxalq yarışlar, tədbirlər, seminarlar və müsabiqələr təşkil edirik. Və bütün bu inkişaf İlham Əliyevin ölkə başçısı olduğu müddətdə davam edəcək”.

N.Cəlilovanın sözlərinə görə, təkcə paytaxtda deyil, eləcə də regionlardakı yeni iş yerlərinin açılışı və infrastruktura nəzər yetirməklə Azərbaycanın inkişafı ilə bağlı fikir yürütmək olar:

“İstəyirəm ki, ölkəmiz daha da inkişaf etsin. Və görürəm ki, İlham Əliyev vətəndaşların layiqli həyat şəraiti üçün əlindən gələni edir. Bu da Prezidenti xalqa olan sevgisinin bariz nümunəsidir.

Həmçinin Azərbaycanın əsas məqsədlərindən biri tarixi torpaqlarımız Qarabağın azad edilməsidir. Ölkə rəhbərliyi ədalətin bərqərar olması üçün bir çox addımlar atır, demək olar ki, bütün beynəlxalq forumlardakı çıxışında İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunur. Belə ki, bu məsələ ölkəmiz üçün çox vacibdir.

Əlbəttə ki, ölkə başçımızın düzgün siyasəti Azərbaycanın birinrinci vitse-prezidenti Mehriban Əliyevanın da siyasətinə müvafiqdir. Belə bir atalar sözü var: “Güc birlikdədir”. Əminliklə söyləyə bilərəm ki, İlham Əliyevlə həyat yoldaşının münasibəti bunun bariz nümunəsidir. Onlar ölkəmizi idarə edən vahid gücə çevrilərək, vətəndaşlara sabitlik və sakit həyatı təmin edir.

Dövlət televiziyasında çalıram və tez-tez dövlət tədbirlərində də çıxış edirəm. Təbbi ki, mənim səsim başadüşüləndir. Mən əsrdə bir dəfə doğulan, uzaqgörən siyasətçi – prezidentimiz İlham Əliyevə səs verdim”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
792

Son xəbərlər

Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47
Bütün xəbərlər