Nazir: Hökumət pensiyaların yenidən hesablanması üçün komissiya yaradacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Hökumət pensiyaların yenidən hesablanması üçün komissiya yaradacaq

13:27 - 08 / 11 / 2017
Nazir: Hökumət pensiyaların yenidən hesablanması üçün komissiya yaradacaq

“2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və təminat bölməsində xərclərin keçən ilə nisbətən müəyyən qədər azalıb. Amma həqiqətdə 2017-ci ilin dövlət büdcəsində əvvəlki illərdə əhalinin təbii qazdan istifadəsində aşan qiymətlərin tətbiqi nəticəsində həmin fərqin ödənilməsi üçün 250 milyon manat  vəsait qoyulmuşdu. 2018-ci ilin büdcəsində bu sətir yoxdur. Sosial sahələrdə ayrı-ayrı istiqamətlər üzrə xərclərə baxsanız, hər bir sətir üzrə artımın şahidi olacaqsınız. Bu da onu göstərir ki, sosial müdafiə və təminatın bütün qollarında balanslaşdırılmış, nəzərdə tutulan proqramları reallaşdırmağa imkan verən xərclər nəzərə alınıb”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, ümumilikdə sosial xərclər istiqamətinə 2,2 mlrd. manat vəsait nəzərdə tutulub: “Bu vəsaitin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən veriləcək vəsait şəklində olacaq. İlk dəfə olaraq burda dövlət büdcəsindən transfert anlayışı yoxdur. Bunun yerinə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsi öhdəliklərindən bura yönəldilən vəsait qeyd olunub. Bu, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır”.

Nazir bildirib ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş həmin dəyişikliklərə görə, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Onun sözlərinə görə, pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlətin öhdəlikləri hesab edilib.

“Bu, “Əmək pensiyaları haqqında” qanunun 6-cı maddəsində dəqiq şəkildə ifadəsini tapıb. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 330 min nəfərə yaxın pensiyaçının hər birini birlikdə araşdırırıq. Bunun üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə bir komissiya yaradılacaq. Biz nəzərdə tuturuq ki, 6 ay ərzində 1 milyon 330 min pensiyaçının hər birinə baxaq və hər bir pensiya işində 1992-ci ilə qədər olan dövrdə neçə il staj varsa, onu tapaq. Ümumilikdə, bu gün 2006-cı ilə qədər dövr üçün hər bir il staj üzrə 4 manat 16 qəpik pensiya verilir. O cümlədən bunun  içərisində 1992-ci ilə qədər olan dövr var. 1992-ci ilə qədər olan dövrdə, yəni sovet dövründə sosial sığorta sistemi olmayıb.

Amma hökumət həmin dövrə pensiya verməyi öz üzərinə götürdüyünə görə dövlət büdcəsinin öhdəliyi sayılır. Bu komissiya işini bitirdikdə, tam məbləğ ortaya çıxacaq. Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz bunu hesablamışıq və məbləği çıxarmışıq. Amma ümumilikdə bu borc dövlət büdcəsinin borcu, öhdəlikləri olduğuna görə belə qərara gəldik ki, komissiya yaradılsın. Komissiya 1 il müddətində bu məsələyə baxsın. Düşünürük ki, 6 ay içərisində bu  prosesi yekunlaşdırmaq mümkündür. Bundan sonra hər ilin dövlət büdcəsində dövlətin öhdəliklərinin nə qədər olduğu və nəyin hesablına formalaşmasını dəqiq yazmaq mümkün olacaq”, - deyə S. Müslümov vurğulayıb.

1news.az

Paylaş:
1676

Son xəbərlər

Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20
Bütün xəbərlər