“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma! | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

16:16 - 18 / 07 / 2019
“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər “Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər.

İstirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin “Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq  sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.

İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verməsi və mobil olması “Nar Wi-Fi” istifadəçilərinin sayının artmasına səbəb olub. Belə ki, son üç ayda “Nar Wi-Fi” istifadəçilərinin sayı 180% artıb. Siz də istənilən məkanda “Nar”-ın yüksəksürətli internetindən yararlanmaq istəyirsizsə, “Nar Wi-Fi” cihazını əldə edə bilərsiz. Ruterin satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq  işə düşür. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edir, həm də 6 aya qədər internetə çıxış imkanı qazanır. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet  ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.  Qeyd edək ki, avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
684

Son xəbərlər

Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46
Bütün xəbərlər