Nail Çələbi: “Zeytun Budağı” hərəkatında ölkəmizi tək qoymayan yalnız türk dünyası oldu | 1news.az | Xəbərlər
Dünya

Nail Çələbi: “Zeytun Budağı” hərəkatında ölkəmizi tək qoymayan yalnız türk dünyası oldu

11:21 - 21 / 03 / 2018
Nail Çələbi: “Zeytun Budağı” hərəkatında ölkəmizi tək qoymayan yalnız türk dünyası oldu

Türk Dünyası Parlamentlər Birliyi (TDPB) Novruz bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada bayram mərasimi təşkil edib.

1news.az-ın məlumatına görə, TDPB sədri Nail Çələbi bu bayramın Türk dünyasına birlik-bərabərlik gətirməsini diləyərək deyib:

“Novruz Yeni il və baharın başlanğıcı kimi qeyd olunsa da, türklər üçün ayrı bir dəyəri var. 3 min ildən artıq yaşı olan Novruz həm də bütün türk dünyasının bayramıdır. Ona görə mən özünü türk hiss edən hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və arzulayıram ki, zülmə məruz qalan türk olmasın və dünyada işğal altında olan nə qədər türk torpağı varsa tezliklə geri qaytarılsın”.

Nail Çələbi Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Zeytun budağı” hərəkatına da toxunub: “Terror və terrorçulara dəstək verən ölkələrə qarşı Türkiyənin yanında yalnız türk dünyası oldu. Afrin - Zeytin budağı hərəkatında ölkəmizi tək qoymayan ancaq türk dünyası dövlətləri və xalqları oldu. Biz bir daha bunun şahidi olduq ki, türkün türkdən başqa dostu yoxdur”.

Bayram mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, birliyin fəxri üzvü Yüksel Değercan, birliyin koordinatoru Adnan Fişek, millət vəkilləri və mətbuat nümayəndələri Novruzun şərəfinə alışdırılan tonqalın üzərindən atılıb, onun ətrafına yığışaraq söhbət mübadiləsi aparıblar.

Tədbir bayram ziyafəti ilə sona çatıb.

1news.az

Paylaş:
609

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər