Mübariz Əhmədoğlu: Parvanyanın Rusiya ilə birgə qoşunlarının komandanı təyin edilməsi yalan strategiyanın tərkib hissəsidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Parvanyanın Rusiya ilə birgə qoşunlarının komandanı təyin edilməsi yalan strategiyanın tərkib hissəsidir

10:17 - 23 / 02 / 2018
Mübariz Əhmədoğlu: Parvanyanın Rusiya ilə birgə qoşunlarının komandanı təyin edilməsi yalan strategiyanın tərkib hissəsidir

Prezident Serj Sarkisyan general-mayor Tiqran Parvanyanı I ordu komandanlığından azad edib, Ermənistan-Rusiya qoşun birləşmələrinə komandan təyin etdi. T.Parvanyan I ordunun komandanı olmaqla yanaşı, həm də Ermənistan-Dağlıq Qarabağ birgə işğalçı qoşunlarının komandanı idi. Başqa sözlə, o Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda yerləşən hərbi hissələrinin komandanı idi.

1news.az xəbər verir ki,  bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ ərazisində 40 min hərbçi xidmətdədir. Bunun yalnız  5-6 mini Dağlıq Qarabağın özündən olan hərbçilərdir:

"Qalan 35 min hərbçi Ermənistan respublikasından gəlmədir. Parvanyan 2017-ci ilin dekabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərinə bitişik hissəsində Ermənistanın keçirdiyi birgə hərbi təlimlərə rəhbərlik etdi. Üstündən iki ay yarım keçmiş onu indiki vəzifəyə təyin etdilər. Rusiya-Ermənistan birgə qoşun birləşmələrinin əvvəlki komandanı A.Markaryan Dağlıq Qarabağda hərbi əməliyyat zamanı sərəncamında olan Ermənistan-Rusiya qoşun birləşmələrini Dağlıq Qarabağ ərazisində müharibəyə başlamaq əmri verəcəyini bildirmişdi. A.Markaryan bu zaman RF prezidenti, RF silahlı qüvvələrinin, o cümlədən Ermənistandakı hərbi birləşmələrin ali baş komandanı V.Putinin mövqeyini nəzərə almayacağını bildirdi. Görünür, bu səbəbdən onu komandanlıqdan azad etdilər.

Eyni zamanda prezident Sarkisyan dəqiq başa düşür ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan üstündür. Hərbi kontekstdə Azərbaycanın Ermənistandan üstünlüyü daha aşkar hiss olunur. Ermənistan cəmiyyəti mənəviyyatsızlıq uçurumuna yuvarlanmaq ərəfəsində ikən Azərbaycanda mənəvi baxımdan güclənmə baş verir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində qoşunların  dislokasiyası barədə kəşfiyyat məlumatları da S.Sərkisyanda xof yaradıb. Keçmiş baş kəşfiyyatçısı Vova Vardanov Azərbaycanın Daşkəsən-Gədəbəy və Naxçıvan istiqamətindən  Ermənistana hücum edəcəyini anons edib. Onun fikrincə, Azərbaycan hərbçiləri Sevan gölündə forel balığı yemək istəyirlər".

Politoloq vurğulayıb ki, Sərkisyan başa düşür ki, təkbaşına Azərbaycanın öhdəsindən gələ bilməyəcək. Bu məsələdə onun müttəfiqi yoxdur: "Ona görə öz xalqını aldatmaq üçün manevrlər edir. Dağlıq Qarabağda erməni qoşunlarına komandanlıq etmiş, general-mayor Parvanyanı Ermənistan-Rusiya birgə qoşunlarının komandanı təyin etmək belə yalan strategiyasının tərkib hissələrindən biridir. Görünür, Sarkisyanın bu yalanı uzun davam etməyəcək. Azərbaycan hərbçilərinin mövqe döyüşünü udması barədə erməni kəşfiyyatçılarının hay-küyü bunu deməyə əsas verir".

1news.az

Paylaş:
503

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər