Moskva zibil qutularının Azərbaycan bayrağının rənginə boyanmasına münasibət bildirib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva zibil qutularının Azərbaycan bayrağının rənginə boyanmasına münasibət bildirib – FOTO – YENİLƏNİB

10:32 - 24 / 01 / 2018
Moskva zibil qutularının Azərbaycan bayrağının rənginə boyanmasına münasibət bildirib – FOTO – YENİLƏNİB

“Meqa” ticarət mərkəzinin administrasiyası zibil qutularının Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanması məsələsinə aydınlıq gətirib.

Administrasiyadan 1news.az-a bildirilib ki, rəng seçimi ziyatəçilərin diqqətin cəlb edilməsinə yönəlib:

“Ziyarətçilərin əks əlaqəsinə çox diqqət yetiririk. Gələcəkdə rəng seçimində məsələ ilə bağlı onların fikirlərini nəzərə alacağıq”.

Qeyd edək ki, zibilin qutuların rənginə uyğun olaraq çeşidlənməsi çoxdandır Qərb ölkələrində həyata keçirilir. Bu proses zamanı qırmızı, göy, yaşıl və sarı rənglərdən istifadə olunur.

Bütün ehtimallara görə, zibil qutularının Azərbycan bayrağının rənginə boyanması məqsədli hadisə deyil və azərbaycanlıların bununla bağlı narahatlığına əsas yoxdur.

09.45

Moskvada, “Meqa” ticarət mərkəzindəki zibil qutuları Azərbaycan bayrağının rəngində boyanıb.

Bu haqda Facebook səhifəsində Moskvada yaşayan soydaşımız Pərviz Səfərov yazıb.

Sözlərinin sübutu olaraq Pərviz Azərbaycan bayrağının – mavi, qırmızı və yaşıl rəngə boyanmış zibil qutularının fotosunu da paylaşıb. Həmçinin zibil qutularının üzərinfə “Rəng əhəmiyyətlidir” ifadəsi də qeyd olunub.

Bu şəkillər sosial şəbəkələrdə geniş müzakiərlərə səbəb olub. Belə ki, bir çox azərbaycanlı istifadəçilər bunun Azərvbaycan bayrağına təhqir kimi qiymətləndirib. Digərləri isə bunun təsadüf olduğunu, Rusiyada bir çoxlarının Azərbaycan bayrağının rənglərini bilmədiyini qeyd edib.

Bununla bağlı Report.az-a şərh verən Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələnin arxasında Azərbaycanı sevməyən qüvvələr dayandığını qeyd edib:

“Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması barədə xəbər araşdırılmalıdır. Düşünürəm ki, əgər həqiqətən belə bir problem varsa, Rusiya bunu qısa zamanda həll edəcək. Bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olmalıdır”.

Qeyd edək ki, zibilin qutuların rənginə uyğun olaraq çeşidlənməsi çoxdandır Qərb ölkələrində həyata keçirilir. Bu proses zamanı qırmızı, göy, yaşıl və sarı rənglərdən istifadə olunur.

Zibillərin ayrılması ətraf mühitə ziyanın qarşısını almaq üçündür. Bu proses zibillərə “ikinci həyatın” verilməsinə imkan verir.

Hazırda “Meqa” ticarət mərkəzinin administrasiyası ilə əlaqə saxlayaraq bu məlumatın doğruluğunu bildirmək üçün şərh almaq mümkün olmadı.

1news.az informasiya agentliyi məsələni diqqətdə saxlayacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
1741

Son xəbərlər

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02
Bütün xəbərlər