Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verilib – FOTO

12:44 - 22 / 10 / 2018
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

Yenidən qurulan yollardan biri də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsidir. Bu işlər sübut edir ki, yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi və coğrafiyası ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətimizin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Bu gün əminliklə söyləmək olar ki, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Bu cür layihələr həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına da böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yolların müasirləşdirilməsi, həm də bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.

Məlumat verildi ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində bölgələrdə mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin yenidən qurulması yekunlaşıb. Bundan əvvəl yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 və 26 kilometrlik Aran-Qarağacı hissələri yüksək səviyyədə qurularaq Prezident İlham Əliyevin iştirakı ilə açılıb və vətəndaşların istifadəsinə verilib. Yolun 42,5-154,5 kilometrlik hissəsində isə işlər sürətlə davam etdirilərək yekunlaşdırılıb. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun inşa edilib. Yol yatağının eni 12 metr təşkil edir.

Yolun Qarağacı-Bəhrəmtəpə hissəsində suların ötürülməsi üçün ümumi uzunluğu 5155 poqonmetr 224 dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 poqonmetr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 17 alt keçid inşa olunub. Yolboyu Tərtərçay üzərində uzunluğu 100, Xaçın çayı üzərində uzunluğu 50, Qarqarçay üzərində isə uzunluğu 25 metr olan 3 yeni körpü də inşa edilib. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Dövlətimizin başçısına Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 64 kilometrlik Bəhrəmtəpə-Horadiz hissəsində aparılan yenidənqurma işləri barədə də məlumat verildi. Ölkəmizin cənub-qərb magistral avtomobil yolunun tərkib hissəsinə aid olan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir. Yol üzərindəki ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib. Layihəyə uyğun olaraq yolboyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib, 30 avtobus dayanacağı quraşdırılıb, zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və məlumatverici lövhələr qoyulub.

Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112 kilometrlik hissəsi 2015-ci ildə 2-ci texniki dərəcəyə uyğun yenidən qurulub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz bu avtomobil yolunun təqribən 177-ci kilometrliyindən götürür. Magistral yolun 64 kilometrlik hissəsinin yenidən qurulması ilə artıq Bakıdan istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Prezident İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

S.Xankişiyeva

 

Paylaş:
644

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər