Millət vəkili: “Uşaqların internet təhlükəsizliyi çox vacib məsələdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili: “Uşaqların internet təhlükəsizliyi çox vacib məsələdir”

16:15 - 16 / 10 / 2018
Millət vəkili: “Uşaqların internet təhlükəsizliyi çox vacib məsələdir”

Müasir dövrdə zərərli informasiyaya rast gəlmək çox asan məsələdir. Əgər yaxın keşmişdə biz ayrıca məişət zorakılığından, fiziki cəzalardan, cinsi zorakılıqdan, uşaq psixikasına mənfi təsir göstərən səbəblərdən danışırdıqsa və iğtişaşların səbəblərini araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kibermühit, internet bütün bu amilləri birləşdirib və böyük bir təhlükəyə çevrilib.

1news.az-ın məlumatına görə, bunu millət vəkili Sevinc Fətəliyeva bu gün Milli Məclisdə “Uşaqların zərərli informasiyadan qorunması  haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O, təqdim olunan qanun lahiyəsini uşaq hüqüqlarına aid olan qanunlardan ən vacibi adlandırıb:

“Niyə internetə daha çox diqqət yetirirəm? Çünki, bu gün internet həm televiziyanı, həm də radionu tam əvəz etməkdədir. Hər bir insanın, uşağın həyatının ayrılmaz hissəsinə çevirilib. Hətta həyat tərzimizi dəyişir, xüsusilə uşaqların. Onların ünsiyyət forması dəyişir, məlumatların əldə olunması və ötürülməsi dəyişilir. Nəzərə alsaq ki, Azərbaycanda tam şəffaf internet mövcuddür, internet istifadəçilərinin sayı getdikcə artır. Düşünürəm ki, təqdim olunan qanun lahiyəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı”.

İnternetin böyük imkanlar verdiyini deyən millət vəkili bildirib ki, materialların dəqiqliyini qiymətləndirmək üçün şəbəkə istifadəçiləri tənqidi düşünməlidir:

“İnternetdə təqdim olunan məlumatların böyük hissəsi etibarlı və faydalı sayıla bilməz. Materialların dəqiqliyini qiymətləndirmək üçün şəbəkə istifadəçiləri tənqidi düşünməlidir. Çünkü əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu xususilə uşaqlara aiddir. Çünkü uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, demək doğrudur.  Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır. Bu şəraitdə belə bir qanun lahiyəsinin qəbul olunmasına böyük zərurət var”.

S.Fətəliyevanın sözlərinə görə, uşaqların informasiya təhlükəsizliyi bir neçə amildən ibarətdir. Bura qanunvericilik bazasın yaradılması, eləcə də həm uşaqların, həm də valideynlərin rəqamsal bilik və bacarıqlarının formalaşması daxildir:

“Birinci amilə biz artlıq nail olmuşuq: müzakirə olunan qanun lahiyəsi uşaq hüquqlarını müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır. Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın. Uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilməlidirlər.

İkinci amilə nail olmaq üçün həm uşaqları, həm də valideynləri digər istiqamətlərdə maarifləndirmək lazımdır: internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunları oynama qaydaları və bir sıra digər fəaliyyət qaydaları haqqında  bilmək, onlara riayət etmək. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət  göstərmələri çox faydalı olardı”.

1news.az

Paylaş:
645

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər