MFL “League of Nations”: Futbol Azərbaycandakı diplomatik nümayəndəlikləri birləşdirdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL “League of Nations”: Futbol Azərbaycandakı diplomatik nümayəndəlikləri birləşdirdi – FOTO – VİDEO

10:56 - 25 / 05 / 2018
MFL “League of Nations”: Futbol Azərbaycandakı diplomatik nümayəndəlikləri birləşdirdi – FOTO – VİDEO

Futbol haqlı olaraq sərhəd və ayrıseçkilik tanımayan oyun hesab olunur.

Müxtəlif irqdən, dindən və milliyətdən olan insanlar futbol meydanında bərabər dayanaraq, komanda ruhu, qələbəyə iradə və sağlam rəqabətlə mübarizə aparırlar.

Azərbaycanda iri həvəskar futbol liqası MFL bu imicin möhkəmlənməsi üçün daha bir ciddi addım atıb. AFFA-nın dəstəyilə MFL həvəskar-futbolçuların artıq ikinci mövsüm oynadıqları çempionatla yanaşı, yeni “League of Nations” turnirini təşkil edib. Turnirdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Ölkəmiz üçün unikal futbol layihəsinin açılışı “MFL Arena”nın meydanlarında baş tutub.

Turnirin ideya müəlliflərindən biri və Əlcəzair komandasının tərkibində çıxış edən Nadir Quliyev 1news.az-a bu ideyanın yaranmasından bəhs edib:

“Futbolun böyük pərəstişkarıyam və və hər zaman istəmişəm ki, ölkəmizdə səfirlik əməkdaşları arasında çempionat keçirilsin. Bu ideya ilə Xarici İşlər Nazirliyinə (XİN) getdik. Orada ideyamızı müsbət qarşılayaraq həyata keçirilməsi üçün AFFA-ya yönləndirdilər. AFFA-da da ideyamız müsbət qəbul edilərək MFL-ə tapşırıldı. MFL də “League of Nations” turnirini ən yüksək səviyyədə təşkil etdi.

Göstərdiyi köməkliyə görə, XİN, AFFA və MFL rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim.

Turnir olduqca maraqlı, oyunlar canlı və parlaq keçirildi. Turnirə maraq çox yüksək idi. Mən də Əlcəzair komandasının tərkibində oynaya bildim. Düzdü, çox yüksək nəticə əldə etmədik. Qrup mərhələsindən sonra Türkiyəyə məğlub olaraq iştirakımızı dayandırdıq. Lakin matçdan zövq aldıq.

Düşünürəm ki, gələcəkdə də bu turnir keçirilərsə, artıq 13 deyil, daha çox komandalar iştirak edəcək. Bir sözlə bilirəm ki, təşkilatçıların bu turniri hər il təşkil etmək istəkləri var. Zənnimcə, bu, əla ideyadır”.

MFL-in direktoru Rəhman Hacıyev də hesab edir ki, MFL “League of Nations” – ölkəmizin həvəskar futbol həyatında çox vacib məqamdır:

“AFFA səfirliklərdən birində diplomatik nümayəndəliklərlə bu cür  təşəbbüsün keçirilməsi ilə bağlı müraciət edəndə, bu ideyanı müsbət qarşıladıq. Bilirsiniz, illər əvvəl bu formatda turnirin keçirilmə imkanı vardı, lakin sonra baş tutmadı.

Bu sahədə təcrübə topladığımız üçün bu cür turnirlərin təşkilini yaxşı bacarırıq. Belə ki, bizim təşkilati məsələlərdə peşəkar komandamız var. Buna görə də, bu məsələ bizi qorxutmadı.

Bir sözlə, dərhal bu ideyanı dəstəkləyərək, Nadirlə görüşmək qərarına gəldim. Sən demə o, MFL-in böyük pərəstişkarıdır. Bu da əmkdaşlığımızı daha da asanlaşdırdı.

MFL “League of Nations” adı daha sonra yarandı. Bizə elə gəldi ki, start götürən Dünya Çempionatı və UEFA Nations League yanında turnrin bu cür adlandırılması daha məqsədəuyğun olacaq.

Bu layihə bir çox səfirliklərdə müsbət qarşılandı. Saytımızda onlar üçün xüsusi bölmə hazırladıq. Həmçinin əsasnamə, “MFL Arena” meydanlarında xüsusi günlərdə yer ayırdıq ki, Liqanın çempioantı ilə üst-üstə düşməsin.

İstədik ki, “League of Nations” turnirinin öz ab-havası yaransın. Və bu, alındı.

MFL olaraq ümumi məqsədimiz “League of Nations”da – həvəskarlar turnirini peşəkar səviyyəsə təşkil etməkdir. Müəyyən mənada iştirakçılara özlərini böyük futboldakı kimi hiss etməyə imkan yaradırıq. Bu da nəinki futbolçulara, hətta matçlara baxmağa gələn tamaşaçıların da çox xoşuna gəldi. Həmçinin media kontent – fotolar və video çəkilişlər də yaxşı təşkil edilmişdi ki, bu da turnirə peşəkarlıq çaları verdi.

Komandaların oyunçuları bu yanaşmadan razı qalaraq bunun davamını istəyirlər. Biz bu istəyin tərəfdarıyıq. Bu təşəbbüsü dəstəkləyən AFFA qarşısından hesabat verdikdən sonra “League of Nations” turnirini ənənəvi turnirə çevirməklə bağlı müzakirələr aparılacaq”.

Turnirin matçları dostluq şəraitində keçirilib, lakin R.Hacıyevin yuxarıda qeyd etdiyi kimi, yarış bir sıra məqamlar da istisna olmayıb. Turnirdə 13 komanda iştirak edib. USA və BMT arasında keçirilən final oyununda gərgin mübarizə aparılıb. Sonda ABŞ səfirliyinin əməkdaşları qələbə qazanıblar.

ABŞ komandasının kapitanı Rəşad Qasımov turnirlə bağlı təəssüratlarını bölüşüb:

“Turnirdən əvvəl də MFL haqqında eşitmişdik. Bilirdik ki, Bakıda həvəskar çempionat yüksək səviyyədə keçirilir. Yeni yaranmış turnirdə iştirakla bağlı təklif gələndə böyük məmnuniyyətlə qəbul etdik.

İlk turnirin təşkili müsbət məqamdır. Çünki uzun müddətdir ki, səfirliklər arasında bu cür yarışlar keçirilməyib. Finala qədər heç bir məğlubiyyət olmadan keçdik. Əgər gələn il də MFL “League of Nations” turnirini təşkil edilərsə, yenidən iştirak edərik. Çünki bunun üçün yaxşı komandamız və potensialımız var”.

BMT komandasınız kapitanı İlkin Əhədov da öz təəssüratlarını bölüşüb:

“Birinclik uğrunda mübarizə apardıq, lakin alınmadı. Rəqiblərimiz üçün matç yaxşı nəticələndi, bu ideya çox xoşumuza gəldi. Gələn dəfəki turnirdə də iştirak etmək istərdik. Düşünürəm ki, ikinci turnir daha yaxşı alınacaq”.

Qeyd edək ki, Sudan komandası Türkiyəni udaraq 4:2 hesabı ilə üçüncü yerdə qərarlaşdı. Bu da turnir üçün kiçik sensasiyaya səbəb oldu. MFL-in koordinatoru Vaqif Axundov bu cür sürprizlər bağlı öz fikirlərini bölüşərək layihəni  təşkilatı ilə bağlı təfərrüatları da qeyd edib:

“MFL-in həyata keçirdiyi bütün işlər kimi, bu turnir də yüksək səviyyədə keçdi. Matçlar zamanı meydanda gərgin mübarizə ilə yanaşı, maraqlı və gözlənilməz məqamlar da yarandı. Nümunə üçün, pley-off mərhələsində Sudan və Tükmənistan komandaları irəlilədi. Baxmayaraq ki, vərəqlərdə Rusiya və Ukrayna komandaları favorit idi. Bu cür məqamlar istənilən yarış üçün xüsusi rəng qatır.  

Final matçının keçirilməsi xüsusi sevinc bəxş etdi. Oyuna 200-dən çox azarkeş gəlmişdi. Komandalar turnirdən razı qalaraq davamını istəyirlər. Bu fikri sevinclə qarşılayaraq böyük məmnuniyyətlə bir daha MFL “League of Nations” turnirini təşkil edərik”.

Ölkənin həvəskar futbolunun yaraşığına çevrilən MFL “League of Nations” turniri başladığı kimi sonda da parlaq bitdi. İştirakçıların müsbət təəssüratı və istəyini nəzərə alaraq, ola bilsin ki, yaxın gələcəkdə bu turnir daha iri miqyasda bir daha keçirilsin.

Bu, çox sevindirici xəbərdir. Keyfiyyətli futbol turnirlərin keçirilməsi ölkədə bu idman növünün daha da məşhurlaşmasına səbəb olur. İndi MFL də bu missiyanın həyata keçməsində öz töhfəsini verəcək.  

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2116

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər