MFL League of Nations 2018 - Azərbaycanın ən böyük həvəskar liqasının yeni superturniri | 1news.az | Xəbərlər
Futbol

MFL League of Nations 2018 - Azərbaycanın ən böyük həvəskar liqasının yeni superturniri

16:47 - 06 / 02 / 2018
MFL League of Nations 2018 - Azərbaycanın ən böyük həvəskar liqasının yeni superturniri

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir.

“MFL Arena”nın meydançalarında ikinci mövsümün ən yaxşılarını müəyyən etmək uğrunda mübarizə aparan həvəskar futbolçuların ehtiraslarının coşduğu bir vaxtda tamamilə yeni bir çempionat - MFL League of Nations 2018 start götürdü. Bu çempionat müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində çalışan futbol həvəskarlarını birləşdirdi.

Bazar günü “MFL Arena”nın meydançalarında yeni unikal layihənin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində MFL-in rəhbər şəxsləri, o cümlədən direktor Rəhman Hacıyev və AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev də iştirak ediblər. Layihə AFFA-nın birbaşa dəstəyi ilə həyata keçirilir.

İşrirakçılar qarşısında çıxış edən Rəhman Hacıyev qeyd edib ki, MFL üçün bu turniri keçirmək çox xoşdur: “Futbol elə bir idman növüdür ki, bütün dünyada milyonlarla insanı bir araya gətirir. Bu il futbol üzrə dünya çempionatı keçiriləcək. Biz isə öz növbəmizdə bu gün bir neçə ay davam edəcək mini dünya çempionatına start veririk. Bütün iştirakçılara uğurlar arzu edirəm, qoy ən güclü qalib gəlsin”.

Öz növbəsində Sərxan Hacıyev turnirin başlaması münasibətilə iştirakçıları təbrik edib: “Bu əla bir təşəbbüs olmaqla yanaşı sağlam həyat tərzini, futbolun inkişafını və ümumilikdə idmanı təbliğ edir. Biz turnirin təşkilində MFL-ə dəstək göstərməkdən məmnunuq və maraqlı turnirin keçirilməsini gözləyirik”.

MFL League of Nations 2018-də 12 səfirliyin, eləcə də BMT-nin komandası iştirak edir. Onlar iki Konferensiyaya bölünüblər. A Konferensiyasında ABŞ, Malayziya, Ukraina, Əlcəzair, Gürcüstan, Yaponiya və BMT-nin komandaları yer alıb. B Konferensiyasında isə Türkiyə, Rusiya, İran, Türkmənistan, Sudan, eləcə də Dünya Bankının və İsveçrə səfirliyinin birləşmiş komandası mübarizə aparacaq.

İlk turdan sonra turnir cədvəlində vəziyyət belədir:

Bombardirlərin və assistentlərin yarışı da gərgin və maraqlı mübarizə vəd edir. Artıq ilk turdan sonra bəzi oyunçular bu sahədə seçilməyə başlayıblar.

Liqanın oyunlarının 9 həftə davam edəcəyi planlaşdırılır. Hər bir Konferensiyada yer alan komandalar öz aralarında oynayacaqlar, bunun nəticəsində isə 1/4 finalda oynamaq hüququ qazana cütlüklər müəyyən ediləcək.

MFL League of Nations 2018 turnirinin keçirilməsi diplomatik nümayəndəlikləri vahid turnirdə birləşdirməkdə köməklik göstərən Əlcəzair səfirliyi tərəfindən fəal dəstək qazandı. Bu fikir digər səfirliklər tərəfindən də böyük coşğu ilə qarşılandı. Beləliklə də MFL League of Nations 2018 yaradıldı.

Bazar günü ilk turun oyunları keçirildi və bu oyunlarda bir dənə də olsun heç-heçə nəticə qeydə alınmadı.

Dünya Bankının və İsveçrə səfirliyinin birgə komandası, Sudan, Türkmənistan, ABŞ, Ukrayna və Əlcəzair müvafiq olaraq Rusiya, Türkiyə, İran, Yaponiya, Malayziya və Gürcüstanın komandalarına qalib gəldilər.

Növbəti turun oyunları fevralın 11-də keçiriləcək. Martın 18-də, son turdan sonra isə hər iki konferensiyadan pley-off-a vəsiqə qazanan səkkiz komandanın adı məlum olacaq. MFL League of Nations 2018 turnirinin ilk kuboku uğrunda da bu səkkiz komanda mübarizə aparacaq.

Teymur Maksutov

 

Paylaş:
3067

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər