MFL-in ən maraqlı mövsümü və Rulewave Baku-nun çempionluğu haqqında – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in ən maraqlı mövsümü və Rulewave Baku-nun çempionluğu haqqında – FOTO – VİDEO

12:16 - 18 / 06 / 2019
MFL-in ən maraqlı mövsümü və Rulewave Baku-nun çempionluğu haqqında – FOTO – VİDEO

Azərbaycanda ən iri həvəskarlar liqası MFL-in üçüncü mövsümü başa çatdı.

1news.az-ın verdiyi xəbərə görə, Rulewave Baku United Sport MFL 2018/19-un çempionu oldu.

Finalda Rulewave Baku komandası Sirena Motors-a 3:2 hesabı ilə qalib gəldi. Həlledici görüşdə Müslüm Abbasov və Mirmehdi Rzayevin qolu qələbə qazandırdı. Sirena Motors komandasından isə Əlisalam Həmidov və Orxan Gülməmmədli qol vurdu.

Matçın sonunda mükafatlandırma mərasimi baş tutdu. Rulewave Baku komandası United Sport MFL 2018/19-un qalibi kimi 10 000 manat həcmində mükafatın sahibi oldu. Sirena Motors isə 2 000 manat əldə etdi.

Oyundan sonra Rulewave Baku-nun baş məşqçisi, Azərbaycanın futzal üzrə yığmasının kapitanı Rizvan Fərzəliyev qeyd edib ki, bu qələbə onun üçün çox böyük əhəmiyyət daşıyır:

“Bir çox finallarda oynamışam. Gərginliyin nə qədər yüksək olduğunu bilirəm. Lakin bu çempionat başqadır. Baxmayaraq ki, United Sport MFL 2018/19-da həvəskarlar oynayır, lakin final mübarizəsi peşəkar matçlardan heç də geri qalmır.

Karyeram ərzində istər “Araz”ın, istərsə də Azərbaycan yığmasının tərkibində bir çox finallar görmüşəm. Lakin buradakı finalın əhəmiyyəti şəxsən mənim üçün çoxdur. Rulewave Baku-nun məşqçisi kimi bu işə çox səy göstərmişəm. Uşaqlara öz təcrübəmi ötürməyə çalışmışam. Buna görə də matçın bütün iştirakçılarına minnətdarlığımı bildirmək istəyirəm”.

Finaldan öncə üçüncü yer uğrunda matç keçirilib. Gərgin mübarizədə Kapital Bank bürünc medal qazana bildi. Beerbaşa-ya üstün gəlmək yalnız matçdan sonrakı penaltilərdə mümkün oldu. Matçın əsas hissəsi heç-heçə (1:1) bitdi, penalti hissəsində isə uğur Kapital Bank-ın (9:8) tərəfində oldu. Kapital Bank üçüncü yerə sahib olmaqla MFL-in növbəti mövsümündə ödənişdən azad olundu.

Mövsümün yekunlarına görə, bir sıra futbolçular mükafatlandırılıb. Sirena Motors-un lideri Əlisalam Həmidov mövsümün ən yaxşı futbolçusu olub. Həmçinin o, 61 qol ilə turnirin ən yaxşı bombardiri adını qazanıb. Həmçinin Sirena Motors-un lideri 700 manat pul mükafatı da qazanıb. (300 manat ən yaxşı bombardir, 400 manat mövsümün MVP-si olaraq).

 

Ən çox məhsuldar ötürmə edən – Rulewave Baku-dan Emin Əliyev. Onun hesabında 42 top ötürmə var. E.Əliyev 200 manat pul mükafatına layiq görülüb.

Beerbaşa-dan olan Musa Musazadə hamıdan az top buraxdığı üçün ən yaxşı qolkiper adını qazanaraq 200 manat pul mükafatına layiq görülüb.

Baku Eagles komandası ən nizam-intizamlı kollektiv kimi Fair Play mükafatına layiq görülüb.

Həmçinin mövsümün nəticələrinə əsasən altı futbolçudan ibarət simvolik yığma tərtib edilib. Onların da hər biri 300 manat mükafata layiq görülüb. Buraya Musa Musazadə (Beerbaşa), Elmir Fətəliyev (Kapital Bank), Nicat Qafarlı (Səbail), Roman Xıdırov (Ultra), Əlisalam Həmidov (Sirena Motors) və Emin Əliyev (Rulewave Baku) daxildir.

Final matçından sonra MFL-in direktoru Rəhman Hacıyev geridə qalan mövsümlə bağlı öz fikirlərini bölüşüb:

“Hesab edirəm ki, bu mövsüm çox maraqlı keçdi. Bu, artıq MFL-in üçüncü tam mövsümüdür. Ötən mövsümlərdən səhvlərdən nəticə çıxararaq budəfəki mövsümü kifayət qədər problemsiz və maraqlı çempionat olaraq təşkil etdik. Düşünürəm ki, qarşımıza qoyduğumuz məqsədə nail olduq. Matçlar ətrafında böyük çoşqunun şahidi olduq. Hər oyuna çoxlu sayda azarkeşlərin gəlişi bu mövsümün olduqca maraqlı keçdiyinin göstəricisidir”.

CBC Sport telekanalı liqanın informasiya tərəfdaşı olaraq finaldan xüsusi reportaj hazırlayıb.

Ötən mövsümdən bəhs etdikdə bütün ulduzların ənənəvi matçını – MFL ALL STAR xatırlatmasaq olmaz. United Sport MFL 2018/19-un ulduzları MDB-nin ən yaxşı məhəllə oyunçularına dərs keçib.

Bakıya Street Madness Team komandası təşrif buyurmuşdu. Bu komandanın tərkibində ən yaxşı həvəskar oyunçular Jan-Pyer Papen və Bizex daxildir. Bakıda onlar AZAL-ın eks-futbolçusunun rəhbərliyi ilə Urban Kings Azerbaijan-da birləşdilər. Yeni komanda Street Football Kings adını alaraq United Sport MFL 2018/19-un ulduzları ilə yarışdı. Matç MFL ALL STAR-ın 5:2 hesablı qələbəsi ilə nəticələndi.

Beləliklə, MFL-in builki mövsümü başa çatdı. Xatırladaq ki, United Sport MFL 2018/19-un budəfəki mövsümündə 52 komanda yarışırdı. Komandalar iki konferensiyaya bölünmüşdü. Ümumilikdə United Sport MFL 2018/19-un builki mövsümündə 1000 futbolçu oynayıb.

Komandalardan hər biri qrup mərhələsində 25 matç keçirib. Hər bir konferensiyadan ən yaxşı səkkiz komanda 30 matç keçirməklə pley-off mərhələsinə yüksəlib.

United Sport MFL 2018/19 oyunları MFL-in 14 min istifadəçisi olan rəsmi Facebook səhifəsi vasitəsilə birbaşa yayımlanıb. Bütün mövsüm ərzində 18 matç canlı yayımlanıb.

Qeyd edək ki, MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilib.

MFL-i izləyin:

MFL Facebook

MFL Instagram

MFL Youtube

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1367

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər