ru

Azərbaycan futbolu

10 İyun saat 15:00

“MFL Gəncə Kuboku 2019”da final həyəcanı: “Ruslan” “Uraqan”a qarşı

“MFL Gəncə Kuboku 2019”da final həyəcanı: “Ruslan” “Uraqan”a qarşı

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in Gəncə şəhərində təşkil etdiyi “MFL Gəncə Kuboku 2019”a yekun vurulmaq üzrədir.

1news.az-ın məlumatına görə, turnirin həlledici final oyununda turnirin iki ən güclü komandası - “Ruslan” və “Uraqan” komandaları qarşılaşacaqlar.

Yarımfinala qədər irəliləməyi bacarmış “Nirvana” və “Sirena Motors” komandaları isə təsəlliverici üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Hər iki oyun iyunun 15-də keçiriləcək.

Qeyd edək ki, Final matçından sonra təltifetmə mərasimi olacaq. Qalib komanda 500 manat, qızıl medallar və kubok, ikinci yerin sahibi 300 manat və gümüş medallar, üçüncü yeri tutan komanda isə 250 manat və bürünc medallar qazanacaq. Bundan əlavə, turnirin bombardiri xüsusi kubokla təltif olunacaq.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur
entonee.net