MFL All STAR: həvəskar futbolçuların iştirakı ilə inanılmaz oyun – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL All STAR: həvəskar futbolçuların iştirakı ilə inanılmaz oyun – FOTO – VİDEO

11:20 - 23 / 01 / 2018
MFL All STAR: həvəskar futbolçuların iştirakı ilə inanılmaz oyun – FOTO – VİDEO

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasının (MFL) birinci hissəsi bir göz qırpımında sona çatdı.

2017-ci il Liqada bir sıra parlaq və vacib məqamlarla yadda qaldı. Dünyanın ən yaxçı fristayleri Sian Qarnyenin A və B konferensiyalarında yoldaşlıq oyunu keçirməsi hər şeyə dəydi.

Beləliklə, ötən ilin 29 dekabrında Liqanın 52 komandasının ən yaxşı oyunçuları konferensiyanın ən güclülərini müəyyən etmək üçün bir araya gəldi.

Böyük oyundan böyük icmal

Ölkənin ən başlıca arenasında – Bakı Olimpiya Stadionunda keçirilən və CBC Sport kanalı ilə canlı yayımlanan “Böyük Oyun” matçı futbolsevələrə və MFL həvəskarlarına bayram ab-havası yaşatdı.

Həmin gün MFL-in hər iki konferensiyasından ən yaxşı oyunçular 2017-ci ilin son matçını oynamaq üçün toplaşdı. Sevindirici haldır ki, Azərbaycan futbolunun əfsanələri – Mahmud Qurbanov və Samir Ələkbərov konferensiyanın yığmalarına başçılıq etməyə razılaşdılar. Və futbolçular ilk dəfə olaraq meydanlara peşərkar dərəcəli məşqçilərin rəhbərliyi ilə çıxa bildi.

Oyunun yoldaşlıq xarakteri daşımasına baxmayaraq, futbolçular meydanlara final matçı kimi çıxdı. Qələbə həvəsi o qədər yüksək idi ki, A Konferensiyasının kapitanı (UNDERDOG komandası) Cavidan Qorçiyev elə birinci taymda son ümidi puç etdiyi üçün qırmızı vərəqə aldı.

Ab-havadan həvəslənən futbolçular bütün taktiki parametrlərə riayət edərək peşəkarlardan geri qalmamağa çalışırdı.

Oyunun sonunadək meydanlarda gərginlik saxlanılaraq həvəskar futbolçuların simasında parlaq oyun nümayiş etdirildi. Hesab isə A yığmasının xeyrinə 3:2 olaraq sonlandı.

Oyun zamanı istər qırmızı vərəqə, istər zərbələr, istərsə də maraqlı qollar da oldu. Bununla da All Star MFL bir daha sübut etdi ki, həvəskarlar arasında peşərkalıq nümunəsidir!

MFL-in direktoru Rəhman Hacıyev matçın əhəmiyyətindən danışaraq bildirib ki, bu hadisə ölkənin futbol həyatında həqiqətən də əlamətdar hesab edilə bilər. Həmçinin Hacıyev AFFA prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova minnətdarlığını bildirərək qeyd edib ki, MFL-in başlıca məqsədi – futbol və sağlam həyat tərzinin populyarlaşdırılmasıdır.

“Prezident İlham Əliyevin başçılığı ilə ölkə rəhbərliyi idmana güclü dəstək  göstərir. İdmaçılarımızın beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər bunun bariz nümunəsidir. Biz isə dövlət başçımızın idmanın kütləvi surətdə təbliği ilə bağlı çağırışına cavab verməyə çalışmışıq. Zənnimizcə, məhz həvəskar idman buna yardımçı ola bilər. Bu gün Liqada 850-dən çox oyunçunu əhatə edən 59 komanda iştirak edəcək. Bizə bu məsələdə yardımçı olan hər kəsə təşəkkürümüzü bildiririk.

AFFA prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova, eləcə də Bakı Olimpiya Stadionunun rəhbəri Cavid Qarayevə bu günün reallaşmasında köməklik göstərdiklərinə görə çox minnətdaram. Həmçinin CBC Sport kanalı və onu rəhbəri Volkan Üstə də təşəkkürümü bildirirəm. Əlbəttə ki, təklikdə bu işin öhdəsindən gələ bilməzdik. Eləcə də tərəfdaşlarımız  – McDonald’s, BOSShelf, MuganBank, AZAL, Baku City Hospital-ı da qeyd etməliyəm. Əminəm ki, liqa və layihələrimiz futbol həvəskarlarına hələ çox sevinclər bəxş edəcək”.

Həmçinin matçı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov da bu cür oyunların keçirilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, MFL yüzlərlə, minlərlə futbol həvəskarlarını öz ətrafında toplaya bilib:

“Bu, müsbət haldır. Dəfələrlə liqanın matçlarını izləmişəm. Və əminliklə qeyd edə bilərəm ki, turnirə maraq və ajiotaj həqiqətən də çox yüksəkdir. Bəzən oyun peşəkar idmandan heç də geri qalmır”.

E.Məmmədov həmçinin qaliblərə mükafatların verilməsində də iştirak edib.

Oyunçular da öz növbəsində matçla bağlı təəssüratlarını bölüşərək qeyd ediblər ki, emosiyaları sadəcə sözlə ifadə etmək mümkün deyil. İştirakçılardan hər birinin sözlərinə görə, ölkə və regionun ən böyük arenasında oynamaq əlçatmaz arzudur. Bu, məhz MFL sayəsində həyata keçib.

Qeyd edək ki,  matçın yekunlarına görə, MFL-in dörd futbolçusu Topaz Premyer Liqasının “Keşlə” və “Sumqayıt” futbol klubları ilə təlim-məşq düşərgəsində bir neçə gün keçirmək imkanı əldə edəcəklər. Bu haqda daha ətraflı növbəti dərclərimizdə qeyd edəcəyik.

İndi isə matçın video və foto-materiallarından həzz almağı təklif edirik.

1news.az

Matçın bütün qolları

Matçın ən maraqlı anları

Matçın tam yayımı (oyun və qaliblərin mükafatlandırılması)

Mehdixan Ağayev və Fernando Torresin qolu.

Mövzu ilə əlaqədar oxuyun:

MFL ALL STAR - Böyük Oyun: Bakı Olimpiya Stadionunun meydanlarında həvəskarlar liqasının mübarizələri baş tutacaq – VİDEO

Elxan Məmmədov: MFL-də oynamaq ilk növbədə sağlam həyat tərzidir

İnqilabla “Böyük Oyun”: Samir Ələkbərovun penaltilər seriyası istəyi, Mahmud Qurbanovun “professor”u

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1365

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər