Məşhur italyan rəssamın əsərləri Heydər Əliyev Mərkəzində təqdim ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur italyan rəssamın əsərləri Heydər Əliyev Mərkəzində təqdim ediləcək

13:54 - 07 / 12 / 2017
Məşhur italyan rəssamın əsərləri Heydər Əliyev Mərkəzində təqdim ediləcək

Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” adlı sərgi açılacaq.

Mərkəzin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim olunacaq.

Reproduksiyalar əsərlərin real ölçülərində və yüksək keyfiyyətdədir.

Məlumat üçün bildirək ki, Mikelancelo Merizi da Karavacco (1571-1610) XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir.  O, Milanda dünyaya gəlib, lakin yaradıcılq karyerası Romada başlayıb. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.

“Karavacco - Opera Omnia” sərgisi isə Karavaco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.

Sərgi İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub  və bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.

Heydər Əliyev Mərkəzindəki sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.

1news.az

Paylaş:
684

Son xəbərlər

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36
Bütün xəbərlər