Məşhur futbolçu haqqında həbs qərarı: zorlamada ittiham edilir | 1news.az | Xəbərlər
Futbol

Məşhur futbolçu haqqında həbs qərarı: zorlamada ittiham edilir

11:20 - 24 / 11 / 2017
Məşhur futbolçu haqqında həbs qərarı: zorlamada ittiham edilir

Milan məhkəməsi Braziliya millisinin keçmiş hücumçusu, hazırda ölkəsinin “Atletiko Mieyro”da çıxış edən Robinyo haqqında həbs qərarı verib.

1news.az-ın məlumatına görə, buna səbəb futbolçunun qrup halında zorlamada təqsirləndirilməsidir.

İddiaya görə, Robinyo “Milan”da çıxış edərkən 2013-cü ilin yanvar ayında 5 nəfərlə birlikdə diskotekalardan birində Albaniya vətəndaşı 22 yaşlı gənc qızı zorlayıblar.

Bu gün baş tutan məhkəmə iclasında isə 33 yaşlı futbolçu haqqında 9 illik həbs qərarı çıxıb. Onunla birlikdə digər 5 nəfər haqqında da həbs qərarı verilib.

Futbolçunun vəkili Marisa Aliya isə onun günahsız olduğunu və qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Robinyo karyerası ərzində “Santos”, “Real Madrid”, “Maneçster Siti” və “Milan” kimi klubların formasını geyinib. O, Braziliya millisi ilə 100 oyunda meydana çıxıb və 28 qola imza atıb.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər