Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 16 yanvar tarixində Parisdə görüş keçiriləcək.
Bu barədə 1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətrindən məlumat verilib. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Tərəflər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
P.Sultanova
748