Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO | 1news.az | Xəbərlər
Dünya

Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO

18:29 - 19 / 01 / 2018
Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO

“Facebook”un (bazar dəyəri 521 milyard dollardır) yaradıcısı Mark Zukerberqin dəyəri 195 milyon dollar olan 107 metrlik lüks gəmisinin fotoları yayılıb. 

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, 74 milyard dollar sərvətə sahib Zukerberq gəmini sentyabrda Monakoda təşkil olunan sərgidə bəyənərək gizli şəkildə alıb.

Gəmi bundan əvvəl Yeni Zelandiyadan olan milyarderə məxsus olub. Bölgənin ən varlı vətəndaşı olan Graame Hartt lüks gəmi kolleksiyasına sahibdir. Hartt iş həyatına sıfırdan başlayıb. O, sürücü, satıcı işləyib. Hazırda 7,4 milyard dollar sərvətə və “Rank Group” şirkətinə sahibdir. 

“Ulyseses” adlanan gəmi xüsusi dizayn edilib. Belə ki, gəminin içərisində 24 metr uzunluğunda köməkçi gəmi, helikopter qarajı, motosiklet, 4x4 bir avtomobil var. Gəmi ilə ilin dörd fəslində səyahət etmək mümkündür. Belə ki, nəqliyyat vasitəsi fırtınaya, ən pis hava şəraitinə dözümlüdür. Gəminin aylıq xərci iki milyon dollardır. 

Onu da qeyd edək ki, gəmi 2016-cı ildən satışa çıxarılıb. Məhz bu səbəbdən Zukerberq gəmini endirimlə 150 milyon dollara satın alıb. O, artıq beş aydır gəminin xidmətindən istifadə edir. “Ulyseses”i ötən ay Sakit Okean sualarında görüblər. Gəminin digər göstəriciləri: 

107 metr: Gəminin uzunluğu

2230 metr: Gəminin böyüklüyü 

15 ədəd: Gəmidə xüsusi kabin sayı

30 nəfər: Gəmidə qonaq qalacaq şəxslərin sayı 

43 nəfər: Ekipaj üzvlərinin sayı

20 ədəd: Ekipaj otaqlarının sayısı

15 knot: Gəminin ortalama sürəti 

1news.az

Paylaş:
1019

Son xəbərlər

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59
Bütün xəbərlər