ru

Cəmiyyət

14 May saat 10:25

“Lor Hospital” Ramazan ayında eşitmə qüsurlu uşağa sevinc bəxş edib – FOTO  

“Lor Hospital” Ramazan ayında eşitmə qüsurlu uşağa sevinc bəxş edib – FOTO  

Daima ixtisaslaşmış tibbi xidməti ilə seçilmiş “Lor Hospital” Ramazan ayı günlərində daha bir xeyriyyə işinə imza atıb.

Beləki, ATV kanalında “Bizimləsən” proqramı və “Lor Hospital”ın əməkdaşlığı çərçivəsində, anadangəlmə eşitmə qüsurlu 5 yaşlı Bərdə sakini Bayandurov Sahib Məzahir oğluna koxlear implantasiya əməliyyatı böyük uğurla həyata keçirilib.

Əməliyyat “Lor Hospital”ın baş həkimi qulaq-burun-boğaz- baş-boyun əməliyyatları üzrə cərrah-uzman Xəyyam Məsiyev tərəfindən icra olunub. Əməliyyatın məqsədi eşitmə əngəlli körpələrə cihaz yerləşdirilməsi ilə eşitmənin yenidən bərpa olunması və onların cəmiyyətə adaptasiya olunmasını rahatlaşdırılmasıdır. Əməliyyat çox uğurla başa çatıb. Hazırda balaca Sahib özünü çox yaxşı hiss edir.

Reklam hüququnda

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur
entonee.net