Komitə sədri: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır”

12:32 - 04 / 10 / 2017
Komitə sədri: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır”

Bu gün “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində yaradılmış məişət zorakılığı ilə bağlı Məlumat Bankının təqdimat mərasimi olub.

1news.az xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir. Onun sözlərinə görə, xüsusən də məişət zorakılığı öz aktuallığı ilə seçilir. Dünyada bir problemə çevrilən məişət zorakılığı Azərbaycan cəmiyyətini də narahat edir.

H.Hüseynova vurğulayıb ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Məlumat Bankının yaradılmasının bir sıra müsbət cəhətləri var:

“Bir neçə nümunə göstərmək istəyirəm. Məsələn, məişət zorakılığı ilə bağlı Məlumat Bankına yığılmış məlumatların təhlili göstərdi ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Ona görə də qadınların, xüsusilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir. Hansı ölkələrdə, cəmiyyətlərdə qadınların statusu daha güclüdür, iqtisadi cəhətdən müstəqildirlər, təhsil səviyyələri yüksəkdir, o ölkələrdə bu problemi daha tez həll etmək olur”.

H.Hüseynova vurğulayıb ki, belə bir məlmat bazasının formalaşması ilə işimizi daha da gücləndirə biləcəyik.

BMT-nin Azərbaycan üzrə Əhali Fondunun baş müşaviri Fərid Babayev region ölkələrində belə bir məlumat bankının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, məlumat bankının olması məişət zorakılığından əziyyət çəkən insanların dinamikasını izləməyə imkan yaratmaqla, bu sahədə həyata keçirilən tədbirlərin nə qədər səmərəli olduğunu qiymətləndirməyə yardım edəcək. O, Əhali Fondu ilə Komitənin bu istiqamətdə sıx əməkdaşlığını qeyd edib:

“İnanıram ki, Komitə ilə birlikdə məişət zorakılığı ilə bağlı hazırladığımız Məlumat Bankının modeli bütün regionda ən yaxşı təcrübələrdən biri olacaq”.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru xanım Mikaela Meredis qeyd edib ki, Məlumat Bankının yaradılması məişət zorakılığının qarşısının alınması istiqamətində atılmış mühüm addımdır. O dünyada hər 3 qadından birinin məişət zorakılığına məruz qaldığını söyləyib.

Daha sonra Məlumat Bankının təqdimatı keçirilib, bankın “online” fəaliyyəti barədə məlumat verilib.

Pərvanə Sultanova

Paylaş:
735

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər