“Kedicikdən” Adnan Oktarla bağlı şok sözlər: 7-10 yaşlı qızları zorlayırmışlar – VİDEO | 1news.az | Xəbərlər
Dünya

“Kedicikdən” Adnan Oktarla bağlı şok sözlər: 7-10 yaşlı qızları zorlayırmışlar – VİDEO

12:20 - 12 / 07 / 2018
“Kedicikdən” Adnan Oktarla bağlı şok sözlər: 7-10 yaşlı qızları zorlayırmışlar – VİDEO

Xəbər verildiyi kimi,”kedicikləri” ilə tez-tez gündəmə gələn Adnan Oktar və 235 müridi saxlanılıb.

1news.az-ın məlumatına görə, İstanbul Polis İdarəsindən edilən açıqlamada bu ifadələrə yer verilib:

“Adnan Oktarın dəstəsi cinayət törətmək məqsədi ilə təşkilatlanaraq uşaqların cinsi istismarı, zorakılıq, cinsi azlıqla intim əlaqə, uşaqların oğurlanması və cinsi təcavüzü, şantaj, şəxsi azadlığa müdaxilə, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi yolu ilə fırıldaqçılıq, şəxsi həyatı ictimailəşdirmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizəyə qarşı çıxmaq, təhdid, böhtan, gəncləri hərbi xidmətdən yayındırmaq, təhqir, yalan şahidlik, qaçaqmalçılığa qarşı mübarizəyə müdaxilə, vergidən yayınma, rüşvət, təhsilə mane olmaq, siyasi haqlardan istifadəyə mane olmaq, qadına qarşı şiddətin əngəllənməsi qanununa qarşı çıxmaq kimi əməllərdən 11.07 2018 tarixində 235 şübhəliyə qarşı cinayət işi açılıb”.

Həm də Harun Yəhya kimi tanınan A.Oktarın keçmiş “kedicikləri”indən olan və ondan qalmaqallı şəkildə ayrılan Ceylan Özgül isə mətbuata açıqlama verərək Adnan Oktar və onun cinayətkar şəbəkəsi ilə bağlı dəhşətli faktlar səsləndirib.

Məsələnin “kedicik” deyə hallandırılmasının, üzərindən bu şəkildə ötülüb keçilməsinin  düzgün olmadığını deyən Özgül vitrində məsum görünən qadınların bir çoxunun qoşa silahlarla gəzdiyini, bir çoxlarının da ən ağır cinayətlərə bulaşdığının şahidi olduğunu söyləyib:

“Təşkilatda olan zaman çox dəhşətli hadisələrin şahidi olmuşam. Yaşları 7 ilə 17 arası olan qızlara təcavüz edirdilər. Hətta bunu qrup halında da həyata keçirirdilər. Bu məqsədlə xaricdən belə qızlar gətirirdilər. Müqavimət göstərənləri isə qorxudur, şantaj edirdilər. Polisə şikayət edəcəyimiz təqdirdə bizi ölümlə hədələyirdilər. Ümumiyyətlə, təşkilata üzv olan insanlar bir çox ağır cinayətlərə əl atırdılar. Hətta xaricdən dəstək aldıqları qurumların xeyrinə Türkiyəyə qarşı casusluq belə edirdilər.”

2013-cü ildə həkimə getmək adı ilə qaçmaq istəsə də yaxalandığını deyən Özgül yalnız dörd ildən sonra isəyini reallaşdıra bildiyini söyləyib:

“2013-cü ildə həkimə getmək adı ilə qaçmaq istəsəm də yaxalandım. Bundan sonra nəzarət altında saxlanıldım, təhdid və şantajlara məruz qaldım, qaçacağım təqdirdə ailəmin zərər görəcəyini söylədilər. Yalnız 2017-ci ildə qaça bildim. Bundan sonra mənə qarşı çirkin şər, böhtan kampaniyasına başladılar”.

1news.az

Paylaş:
3077

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər