Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib - FOTO

22:09 - 21 / 10 / 2018
Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib - FOTO

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Kayseri vilayətinin rəhbəri Süleyman Kamçı, Azərbaycan, Türkiyə və Rusiya deputatları, Abdullah Gül Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV təmsilçiləri tədbirdə iştirak ediblər.

Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Abdullah Gül Vəqfinin sədri Mustafa Çıkrıkçıoğlu rəhbərlik etdiyi qurumun məqsədlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edərək universitetin tələbə yataqxanasına Ulu Öndərin adının verildiyini söyləyib. Bildirib ki, məqsəd onun adının əbədiləşdirilməsidir.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, türk dünyasının inkişafı üçün göstərdiyi səylərdən, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı naminə xidmətlərindən bəhs edib. Bildirib ki, belə bir möhtəşəm universitetin tələbə yataqxanasına Heydər Əliyevin adının verilməsi Ulu Öndərin şəxsiyyətinə göstərilən ehtiramdır.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev və Dumanın məsul əməkdaşı Ramin Qasımov Heydər Əliyev şəxsiyyəti barədə fikirlərini bildiriblər. Dmitri Savelyev diqqətə çatdırıb ki, keçmiş SSRİ rəhbərliyində hər zaman prinsipiallığı, qətiyyəti, işgüzarlığı ilə seçilən Heydər Əliyev nəhəng siyasi xadim kimi tarixdə ad qazanıb.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, bu gün Kayseridə keçirilən mühüm tədbirlər Türkiyə ilə qardaşlıq münasibətlərimizin göstəricisidir. Ulu öndər Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsindən qaynaqlanaraq “Bir millət, iki dövlət” fikri ilə Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyət daşıyan inkişaf strategiyasının təməlini qoyduğunu diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və yenicə istifadəyə verilən “Star” neft emalı zavodu bu təməlin mühüm nəticələrindəndir. Əli Həsənov əminliklə bildirib ki, bu yataqxanada yaşayan tələbələr ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün öz vətənləri və xalqları naminə yaşadıqları fədakar həyatı özlərinə örnək götürəcəklər.

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül çıxışında deyib ki, Heydər Əliyev həyatının bütün dövrlərində yorulmaz fəaliyyət göstərib. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Abdullah Gül qeyd edib ki, Azərbaycana hər səfərində böyük inkişafın şahidi olur. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmir şəhərində “Star” neft emalı zavodunun istifadəyə verilməsini iki qardaş ölkənin tarixi uğuru adlandırıb.

Tədbirdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin qurub-yaratmaq eşqindən, həyata keçirdiyi böyük layihələrdən, onun prinsipiallığından danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev şəxsiyyəti tarixin bütün dövrlərində ehtiramla yad olunacaq, onun şəxsiyyətinə hər zaman ehtiram göstəriləcək.

Mərasim keçirilən salonda ümummilli lider Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitablar və fotolar sərgilənirdi.

Heydər Əliyev adına tələbə yataqxanası 9 min kvadratmetr ərazini əhatə edir. Üç blokdan ibarət yataqxanada 375 tələbə yaşayacaq. Bu müasir yataqxanada tələbələrin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.

AZƏRTAC

Paylaş:
519

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər