“Karabakh Vienna”nın növbəti çempionluğu: Azərbaycan çalarlı Avstriyanın futbol klubu qələbə qazanamaqda davam edir – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Karabakh Vienna”nın növbəti çempionluğu: Azərbaycan çalarlı Avstriyanın futbol klubu qələbə qazanamaqda davam edir – FOTO

15:58 - 13 / 06 / 2017
“Karabakh Vienna”nın növbəti çempionluğu: Azərbaycan çalarlı Avstriyanın futbol klubu qələbə qazanamaqda davam edir – FOTO

1news.az oxuculara dəfələrlə “Qarabağ Vyana” futbol klubu (FK) haqda məlumatlar çatdırıb. Bildiyiniz kimi, klub artıq 3 ildir ki, öz fəaliyyətini Avstiyada inkişaf etdirir.

Məqalələrimiz hər bir azərbaycanlı üçün doğma olan komandanın adı xatirinə deyil, kollektivin həqiqətən də yüksək nailiyyətlərindən dolayı yazılır.

Hazırda da sizinlə növbəti sevincimizi bölüşürük. Belə ki, “Karabakh Vienna” Avstriyanın Yüksək Liqasında çempion olub. Həmçinin klub çempionluğunu təcili olaraq qeyd edib.

Xatırladaq ki, “Qarabağ Vyana” 2014/2015 mövsümündə ikinci yeri əldə edib. Paralel olaraq klub Vyana Kubokunda da iştirak edib. Burada 5 mərhələnin 5 oyununda qələbə qazanıb. Hələ o zamanlar yerli mütəxxəsislər yeni komandanın hazırlığını yüksək qiymətləndiriblər. Mütəxxəsislərin oyunçuların potensialı haqda proqnozları özünü doğruldub.

Qeyd edək ki, “Karabakh Vienna” II Lindesliqanın tarixində ilk klubdur ki, bir mövsümdə həm Çempionlar Liqasının, həm də  Kubokun qalibidir. İndi isə komanda növbəti uğurunu qeyd edir - Avstiyanın Yüksək Liqasında çempionluğunu.

Yuxarıda sadalanalardan anladınız ki, “Karabakh Vienna” hər mövsüm nailiyyətlərini daha da yüksəldir. Burada həmçinin klubun prezidenti Orxan Vəliyevin rolunu da qiymətləndirmək lazımdır. Belə ki, o, komandanın uğuru və inkişafı üçün bütün səylərini əsirgəmir.

Orxan biznesmendir, Avstriyanın Dövlət İqtisad Universitetində ali təhsil alıb. Həmçinin o, futbolun böyük azarkeşidir. Və bu gün “Karabakh Vienna”nın uğurlarını məhz onun daimi dəstək və əsl azarkeşliyilə dəyələrndirmək olar.

Bununla yanaşı, klubun öz bazası – “Qarabağ Arena” da var. Bu da klubun inkişafı üçün vacib faktordur. Sevindirici haldır ki, klubun əsas oyunçuları ilə yanaşı, gənclər komandası da fəaliyyət göstərir.

Xatırladaq ki, ötən il “Qarabağ Vyana” C Liqasının U-18 üzrə də qalibi olub.

“Qarabağ Vyana” Azərbaycanda da çox məşhurdur. Buna görə də klub burada fan-şop açmağı planlaşdırır. Lakin əsas məqsədlərdən biri azərbaycanlı futbolçuların Avstriya komadasına transfer olmasıdır. Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Beləcə “Karabakh Vienna” meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə də çıxış edərək beynəlxalq təcrübə əldə edəcəklər.

“Karabakh Vienna”nı 2017/2018-də ağır mövsüm gözləyir. Burada klub III Liqa uğurunda mübarizə aparmalıdır. Lakin komanda Avstriya çempionluğu yolunda maneələrdən tez yorulmaq niyyətundə deyil. Buna görə də, yeni mərhələnin fəth olunması üçün gücləndirilmiş şəkildə hazırlaşır.

Ümid edirik ki, növbəti mövsümə qədər 1news.az-ın Azərbaycan qəlbli Avstriya komdasının yeni uğurları haqda yazmağa keçərli səbəbi olacaq.

Fəridə Rəsulova

Tərcümə: S.Xankişiyeva

Paylaş:
5378

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər