KÖMƏYƏ ÇAĞIRIŞ: Anam və qızım ağır xəstədir, çıxılmaz vəziyyətdəyəm... - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

KÖMƏYƏ ÇAĞIRIŞ: Anam və qızım ağır xəstədir, çıxılmaz vəziyyətdəyəm... - FOTO

14:49 - 13 / 02 / 2017
KÖMƏYƏ ÇAĞIRIŞ: Anam və qızım ağır xəstədir, çıxılmaz vəziyyətdəyəm... - FOTO

Redaksiyamıza İqbal İbadov adlı oxucumuzdan məktub gəlib. O, bizdən kömək edilməsini xahiş etdi. Belə ki, İqbal çıxılmaz vəziyyətdədir.

Bu ilin aprelində altı yaşı tamam olacaq qızı Fatimə İbadova – uşaq beyin iflicindən əziyyət çəkir. İqbalın anası Rəsmiyyə xanım isə - xərcəng xəstəsidir.

Bu günə qədər İqbal iki əziz insanına yardım etməyə çalışıb. O, heç kəsdən maddi yardım istəməyərək bütün müalicə xərclərini özü ödəyib. Belə ki, müəyyən ev əyşalarını sataraq və ya müxtəlif işlərdə çalıraraq bu ağır yükün öhdəsindən gəlirdi. Qızının və anasının müalicəsi ilə əlaqədar İqbal iş yerini tez-tez buraxmaq məcburiyyətində qalırdı. Anasının səhəti ilə bağlı İrana getməli olurmuş.  Bu da onun işsiz qalmasına gətirib çıxarır.

Lakin İqbal yenə də işləməyə çalışır: gah hansısa kofedə ofisiant kimi, gah da fəhlə kimi. Təki evə bir parça çörək pulu aparsın. Lakin bu, onların müalicə xərclərinə yetmir. 

“Fatiməni burada müalicə etdirmək istəyirdik. Qızım müxtəlif reabilitasiya mərkəzlərində müalicə kursu keçib. Lakin bunun heç bir müsbət nəticəsi olmurdu. Hələ işlədiyim müddətdə qızım üçün Türkiyədəki klinikaları araşdırmağa başladım. Və oradadakı klinikanın birində qızımın xəstəliyinin sağalması mümkündür. Həmçinin oradan bizi ümidləndirdilər ki, bu klinikada altıaylıq müalicə müddəti keçərsə Fatimə tamamilə sağalacaq.

Bunu eşitmək belə mənimçün xoşbəxtlikdir. Lakin bunun üçün bizə 30 min dollar lazımdır.  İlk olaraq düşündüm ki, müəyyən qənaət etməklə və ya dostlarımdan müəyyən hissə borc almaqla bu vəsaiti toplaya biləcəyəm. Lakin işdən çıxmaqla bunun mümkün olmadığını anladım. Və həmvətənlilərimə yardıma görə müraciət etməkdən başqa çarəm yoxdur”, - deyə İqbal bildirdi.

Onun sözlərinə görə, bu məbləğə Ankarada altı ay müddətinə yaşamaq və uşağın müalicəsi mümkündür. Türkiyədəki klinikanın adı Fizyo Care Fizik Tedavi ve Rehabilitasyon Merkezi-dir. 

Balaca Fatimənin müalicəsinə hələ ötən ilin noyabrında başlanılmalı idi. Lakin maddi vəsaitin olmaması, eləcə də İqbalın öz gücü ilə vəsait toplaya bilməməsi səbəbindən gecikirdi.

“Qızımdan əlavə, anam da xəstədir. Ona 2015-ci ildə süd vəzi xərcəngi diaqnozu qoyulub. Bir neçə kimyaterapiya ilə müalicədən sonra xəstəliyin qarşısı alındı. Lakin yenidən xəsətlik anamı narahat edir. Anamın müalicəsi isə Təbrizdədir. Bunun üçün bizə 15 min manata yaxın pul lazımdır”, - İqbal sözlərinə əlavə edib:

 “Belə bir iqtisadi vəziyyətdə həmvətənlərimə müraciət etmək çətindir. Lakin mənim çıxış yolum yoxdur. Mənə anama yardım etməliyəm, eləcə də qızımı xilas etməliyəm. Onların müalicəsinə belə pul qazana bilmirəm. Onların məndən başqa güman yeri yoxdur. Kimin imkanı varsa xahiş edirəm bizlərə kömək edin”.

Aşağıda tibbi sənədlərin nüsxəsini, eləcə də bank rekvizitlərini dərc edəcəyik. Ümid edirik ki, İqbal yaxın zamanda lazımi vəsaiti toplayaraq iki doğmasını – anası və qızının həyatını xilas edə biləcək.

Əl tutmaq Əlidən (imam) qalıb!

Əlaqə nömrələri:

 (055) 761-58-24,  (077) 301-08- 62​ (İqbal)

1news.az

Paylaş:
14614

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər