JW Marriott Absheron Baku toy ziyafətlərinin keçirilməsi üçün xüsusi təkliflər təqdim edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

JW Marriott Absheron Baku toy ziyafətlərinin keçirilməsi üçün xüsusi təkliflər təqdim edir – FOTO – VİDEO

S.Xankişiyeva10:40 - 17 / 01 / 2019
JW Marriott Absheron Baku toy ziyafətlərinin keçirilməsi üçün xüsusi təkliflər təqdim edir – FOTO – VİDEO

2019-cu ilin yanvarında paytaxtımızın ən prestijli otellərindən biri JW Marriott Absheron Baku toy mərasimlərinin keçirilməsi üçün menyunun nəfisliyi və məkanın möhtəşəmliyi ilə hər kəsin xatirində silinməz təəssüratlar qoyacaq eksklüziv təkliflər təqdim edib.

Neçə illərdir ki, füsünkar Sharg Zali təmtəraqlı ziyafətlərinin keçirilməsi üçün təkrarsız ənənələrinə sadiqdir. Toy mərasimlərinin keçirilməsi üçün seçilən bu məkan təmtərağı ilə yanaşı, əsl bayram ab-havası yaradır.

Otelin Dənizkənarı Bulvara açılan mənzərəsi hər bir ziyafətə müsbət ab-hava qatmaqla yanaşı, keçirilən mərasimin şadyanalılığını daha da vurğulayır.

Beləliklə, kollektivin yüksək peşəkarlığı ilə yanaşı, çoxluğunu nəzərə alaraq JW Marriott Absheron Baku toy mərasimlərinin keçirilməsi üçün özündə bir sıra üstünlüklər olan xidmətlər təklif edir:

- Qonağın seçimi ilə alkoqollu içkiləri özünə daxil edən130 AZN-dan başlayan qiymətlə xüsusi menyu (təklif 2019-cu ilin bazar ertəsi – cümə axşamı günləri keçərlidir)

- Prezident Lüksunda birgünlük yaşamaq imkanı.

- Dünyada Marriott Hotels & Resorts otellər şəbəkəsinə daxil olan istənilən oteldə təkrarsız bal ayı keçirilməsi üçün Marriott Reward hesabında bonusların ikiqat artırılması.

Toy mərasimlərinin keçirilməsi üçün JW Marriott Absheron Baku-nu seçməklə siz bütün arzularınızın həyata keçməsinə imkan yaradırsınız. Seçim etdiyiniz andan etibarən hər nüans və incəliklər peşəkarların əlinə keçəcək. Bu da ailə həyatına qədəm qoyan cütlüklərin və onların yaxınlarının toy mərasiminin keçirilməsi zamanı sadəcə sevinc həyəcanı yaşamasına imkan verəcək.

Dizaynın dekoru SS Production şirkəti tərəfindən həyata keçirilib.

Daha ətraflı məlumatı (+994 50) 268 04 06 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
6172

Son xəbərlər

Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28
Bütün xəbərlər