İsmail Qəhrəman: Ermənistan Xocalı soyqırımına görə üzr istəyənə qədər ağrı-acımız dinməyəcək | 1news.az | Xəbərlər
Siyasət

İsmail Qəhrəman: Ermənistan Xocalı soyqırımına görə üzr istəyənə qədər ağrı-acımız dinməyəcək

17:27 - 25 / 02 / 2018
İsmail Qəhrəman: Ermənistan Xocalı soyqırımına görə üzr istəyənə qədər ağrı-acımız dinməyəcək

Ermənistan dövləti Xocalı soyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Qəhrəman Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib.

İ.Qəhrəman bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birinin Xocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olan Xocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini bildirib.

Türkiyə parlamentinin sədri bugünkü Ermənistan rəhbərliyindəki insanların da Xocalı qətliamının törədilməsində iştirak etdiyini qeyd edib:

"Bu qətliam insanlıq tarixində utanc səhifəsi kimi yer alıb. Aradan 26 il ötməsinə baxmayaraq, Xocalı qətliamını törədənlər hələ beynəlxalq məhkəmələr qarşısına çıxarılmayıb. Xocalı qətliamının ağrısını ürəklərimizdə hiss edirik. Vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Türkiyə və Azərbaycan kədəri və sevinci ortaq olan iki ayrı dövlətdir. Bu soyqırımı törədənlər məhkum edilənə və Ermənistan dövləti Xocalı soyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək. BMT-dən gözləntimiz Xocalı qətliamını törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğaldan azad edilməsində aktiv rol oynamasıdır".

S.Xankişiyeva

 

 

Paylaş:
573

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər