İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

12:34 - 15 / 12 / 2017
İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. 2011-ci ildə Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı “Kimyaçı” Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib. 2013-cü ilin oktyabr ayında isə burada əsaslı təmir işlərinə başlanılıb. Elə həmin il dövlətimizin başçısı Sumqayıta səfəri zamanı Mədəniyyət Sarayında və ətraf ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Yenidənqurma işləri bu ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

“Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.

Dövlətimizin başçısına Mədəniyyət Sarayındakı xalça qobelen haqqında da məlumat verildi. Bildirildi ki, müəllifi Xalidə Seyidova olan bu xalça 1980-ci ildə toxunub. Yun tərkibli xovsuz toxunuşlu, sadə və mürəkkəb keçirtmə əl işi olan xalça bir-birinə birləşdirilmiş altı hissədən ibarətdir. Ara sahənin üzərində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin və mədəniyyət xadimlərinin portretləri, Qobustan qayaüstü təsvirlər, xalça naxışları təsvir olunub.

Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış oldu.

Sarayda xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.

Azərbaycan zəngin mədəniyyəti ilə həmişə fəxr edib. Azərbaycanın mədəni dəyərləri dünya mədəniyyətinin ayrılmaz parçasıdır. Son illərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanda mədəniyyət sahəsinin inkişafı istiqamətində çox mühüm və tarixi işlər görüblər. Bu baxımdan yeni mədəniyyət ocaqlarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələrin coğrafiyası son illərdə daha da genişlənib. “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı şəkildə yenidən qurulması da bu işlərin ardıcıl surətdə davam etdirilməsini nümayiş etdirir.

Mədəniyyət Sarayının qarşısındakı 5 hektarlıq meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb, kommunikasiya xətləri və işıqlandırma sistemi yenidən qurulub. Burada fəvvarə və 100 avtomobil yerlik dayanacaq yaradılıb.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39
Bütün xəbərlər