İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib - YENİLƏNİB

16:59 - 14 / 12 / 2018
 İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib.

1news.az  xəbər verir ki, dövlət başçısı Azərbaycan-İran əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu gün yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev həm özünün İrana, həm də İran Prezidentinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq bu səfərlərin münasibətlərimizin möhkəmlənməsində rolunu qeyd etdi. Xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən Prezident İlham Əliyev bu gün bizim dost və qardaş iki ölkə kimi əlaqələrimizin genişləndiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin ikitərəfli əsasda imzaladığı sənədlərin uğurla icra edildiyini bildirdi. Prezident İlham Əliyev İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

İnformasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, Prezident Həsən Ruhani Azərbaycan Prezidenti barəsində danışan zaman onu bir qardaş kimi görür və hər zaman Prezident İlham Əliyevin qurucu insan olduğunu qeyd edir.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

16:11

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
402

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər