Fransadan olan bələdiyyə başçılarının Qarabağa səfəri nəyə xidmət edir? | 1news.az | Xəbərlər
Siyasət

Fransadan olan bələdiyyə başçılarının Qarabağa səfəri nəyə xidmət edir?

17:09 - 23 / 10 / 2018
Fransadan olan bələdiyyə başçılarının Qarabağa səfəri nəyə xidmət edir?

Ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejimi ilə “dostluq dərnəyi”nin digər üzvlərinin belə səfərlərə qoşulması onların sifarişli xarakter daşıdığını açıq-aşkar şəkildə sübut edir.

Fransa bələdiyyə başçılarının qeyd edilən səfərləri qondarma rejimin sui-istifadə etdiyi işğal və azərbaycanlıların kütləvi etnik təmizləmələri əsasında qurulan status-kvonun təşviqi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımlardır. Belə ki, Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə “bəyannamə”lərin imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmə nəticələri ilə razılıq bildirilməsi deməkdir. 

Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və Yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1  maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır.

Lakin məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir.

Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir və həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.

Fransa XİN tərəfindən qondarma rejimin tanınması barəsində verilən açıqlama qənaətbəxş xarakter daşımır. Fransa nəinki tanımamalı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşları Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa çağıran bəyanatlarla çıxış edirlər. Fransa hökuməti tərəfindən nifrət nitqi əsasında terrora və zorakılığa çağırış edən bu şəxslərin fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görmür.

Fransanın şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada Suez, Total, Thales və sair digərlərini qeyd edə bilərik. Bunun müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi kontekstində tutduğu mövqeyi məqbul deyildir. Əgər Fransa Azərbaycana münasibətdə bu kimi mövqeyini sərgiləməkdə davam edəcəksə, Azərbaycan Fransa şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər.

1news.az

Paylaş:
425

Son xəbərlər

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22
Bütün xəbərlər