Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

13:10 - 17 / 11 / 2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Hər il keçirilən imtahanlarda əsasən həmin ilin məzunları iştirak edirlər.

Bu, 60 faiz, hətta elə olub ki, 70 faiz təşkil edib. Əvvəlki ilin məzunları da bu imtahanların həm birinci, həm də ikinci mərhələsində iştirak etməlidirlər.

Bu fikri jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, birinci mərhələdə - buraxılış imtahanında onlar üç fəndən imtahan verəcəklər. İkinci mərhələ qəbul imtahanıdır. Həmin mərhələdə də onlar iştirak etməlidirlər. Təbii ki, elə məzunlar var ki, onlar yalnız qabiliyyət tələb edən ixtisasları seçirlər. Elə məzunlar var ki, ali məktəbə deyil, orta ixtisas məktəblərinə, texniki məktəblərə, kolleclərə qəbul olunmaq istəyirlər. Onlar üçün kifayətdir ki, birinci mərhələdə olan imtahanları versinlər. Həmin ballarla onlar qabiliyyət tələb edən ixtisasa aid imtahan verirlər, ya da orta ixtisas məktəbinə qəbul olunurlar. Əgər onlar ali məktəblərə qəbul olmaq istəyirlərsə, ikinci mərhələdə də iştirak etməlidirlər.

“Ümumiyyətlə, mən bu il imtahana hazırlaşan abituriyentlərə, onların valideynlərinə və müəllimlərə müraciət edirəm ki, yeni model imtahanlarla əlaqədar məlumatları rəsmi mətbu orqanımız "Abituriyent" jurnalından və rəsmi saytımızdan, "Facebook" səhifəmizdən əldə etsinlər. XI və IX sinfin buraxılış imtahanlarına aid olan xüsusi "Abituriyent" jurnalının nömrələri dərc olunub və siz onları əldə edə bilərsiniz”, - deyə M.Abbaszadə bildirib.

Paylaş:
294

Son xəbərlər

Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22
Bütün xəbərlər