Ermənistan ordusunda daha iki əsgərin öldürülməsi faktı gizlədilib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan ordusunda daha iki əsgərin öldürülməsi faktı gizlədilib

14:36 - 11 / 11 / 2017
Ermənistan ordusunda daha iki əsgərin öldürülməsi faktı gizlədilib

İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının qarşı tərəfin atəşi nəticəsində döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi bronejiletdə olublar.

Lakin baxış zamanı ölənlərin hər ikisinin bronejiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin qarşı tərəfdən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur. Hər iki insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində rəsmi açıqlamalara görə, Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölən və 88 nəfər yaralanan var. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.

S.Xankişiyeva

Paylaş:
922

Son xəbərlər

“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43
Bütün xəbərlər