Erməni yumorist Yerevan meri seçilib - FOTO | 1news.az | Xəbərlər
Ermənistan

Erməni yumorist Yerevan meri seçilib - FOTO

12:50 - 24 / 09 / 2018
Erməni yumorist Yerevan meri seçilib - FOTO

Ermənistanın Mərkəzi Seçki Komissiyası  Yerevan şəhər şurasına keçirilən erkən seçkilərlə bağlı elektron hesablamanı başa çatdırıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bütün 475 seçki məntəqəsi üzrə nəticələr dərc edilib. Seçkilərdə qələbəni baş nazir Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım" seçki bloku qazanıb.

Belə ki, blok səslərin 81,6 faizini (294109) qazanıb. "Çiçəklənən Ermənistan"  partiyası 6.95 faiz səslə (25219) ikinci, “İşıq” alyansı 4.99 faizlə (18112) üçüncü yerdə qərarlaşıb.

“İşıq” bloku şəhər şurasında təmsilçilik üçün tələb olunan baryeri keçə bilməyib. Belə ki, bloklar üçün bu baryer 8, partiyalar üçün 6 faizdir.

Seçkilərdə iştirakçılığ çox aşağı səviyyədə olub. 848 343 nəfər seçicidən cəmi 370 323 min nəfəri, yaxud  43,65 % seçkilərdə iştirak edib.

Nəticədə “Mənim addımım” blokunun proporsional siyahısına rəhbərlik edən aktyor, komediyaçı Ayk Marutyan mexaniki olaraq Yerevanın meri olacaq. Ermənistan MSK-sı  yekun nəticələri sentyabrın 30-da, səsvermədən yeddi gün sonra elan edəcək. Marutyanın nəticələrin elanından 10 gün sonra, yəni oktyabrın 10-da mer vəzifəsinin icrasına başlayacaq.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasının İdarə Heyətinin iclasında aktyor Hayk Marutyanın İrəvan meri vəzifəsinə namizədliyi irəli sürmüşdü. 

Xatırladaq ki, Paşinyan və Marutyan arasında dostluq münasibətləri var. Paşinyan baş nazir seçildikdən sonra Dağlıq Qarabağa səfər edərkən Marutyan helikopterdə onu müşayət edib.

İyulun 9-da İrəvan meri Taron Marqaryan istefa verib.

Ayk Marutyanın 42 yaşı var, o aktyor, yumorist, şoumen, ssenarist və prodüserdir. Marutyan hər hansı siyasi və idarəçilik təcrübəsinə malik deyil.

 

1news.az

 

Paylaş:
715

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər