Erməni dilini öyrənən Fidan Türksoy ermənilərin köməyilə Qarabağa səfər etmək istəməkdə günahlandırılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni dilini öyrənən Fidan Türksoy ermənilərin köməyilə Qarabağa səfər etmək istəməkdə günahlandırılır – FOTO

14:50 - 09 / 01 / 2018
Erməni dilini öyrənən Fidan Türksoy ermənilərin köməyilə Qarabağa səfər etmək istəməkdə günahlandırılır – FOTO

Son zamanlar sosial şəbəkələr qarşılıqlı ittihamlar meydanına çevrilib.

Bu gün ən çox müzakirə olunan mövzulardan biri də Bakıda yaşayan gəncin – Ziya Atanın “Qafqaz” Universitetinin tələbəsi Fidan Türksoya qarşı itthamıdır.  

Belə ki, gənc Facebook səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməkdə günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərinə keçməsini bildirən möhürü pasportuna həkk etməyəcəklər.

Z.Ata həmçinin qızla yazışmasını, eləcə də Fidanın ermənilərlə dostlğunu sübut edən skrinləri də yerləşdirib.

Fidan isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunları da Ziya onu şərləmək üçün edir. Həmçinin Fidan qeyd edib ki, Facebook-da erməni-dostları var, lakin heç bir dövlət sirrini bilmir, buna görə də ermənilərə heç bir sirr verə bilməz.

Z.Ata isə Fidanın ittihamları təkzib edir. Eləcə də Fidan Türksoyun Facebook-dakı səhifəsi deaktivasiya edilib. Ola bilsin ki, xanım bu cür ajiotajın yaranacağını ehtimal etməmişdi. Ona görə də öz profilini silmək qərarına gəlib. Lakin Fidanın Tvitter-dəki profili uzun müddət yenilənməsə də hələ açıqdır.

Qeyd edək ki, daha əvvəl də F.Türksoyu ermənilərlə dostluğa görə tənqid olunmuşdu. Fidan isə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi. O da əvəzində ermənilərə Azərbaycan dilini öyrədir.

Əlbəttə ki, erməni dilinin öyrənilməsində, eləcə də qədim Azərbaycan torpağı olan Qarabağa səfər etməkdə heç bir qəbahət yoxdur. Düşmənin dilini bilmək vacibdir. Qədim topraqlarımıza səfər etmək istəyi isə başqa məsələdir. Burada digər məqamları diqqətə çatdırmaq lazımdır:

Məlum olduğu kimi, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi ərazi iddiaları, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Vətənizmin ərazi bütövlüyü üçün minlərə soydaşımızın şəhid olması və 20% topraqlarımızın hələ də erməni işğalında qalmasını unutmayaq.

Ermənilər azərbaycanlıların öz doğma torpaqlarını baş çəkmək üçün bütün cəhdlərinin qarşısını alır. Belə ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda Azərbaycanın Kəlbər rayonunda ermənilər tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. 2014-cü ilin dekabrın 29-da ermənilər Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası veriblər.

Beləcə, Fidanın istədiyi kimi, Azərbaycan ərazilərinə Ermənistan vasitəsilə səfər etmək qanunsuz olduğu qədər, həm də təhlükəlidir.

Eləcə də, ermənilər Fidanı qorxudaraq gizli əməkdaşlıq və cəsusluğa cəlb də edilə bilərlər (ola bilsin ki, artıq cəlb edilib).

Ola bilsin ki, oradan qayıtdıqdan sonra daha ağır cinayət törətməyə təhrik edilər. Xatırladaq ki, Azər Aslanov 1994-cü ilin iyulun 3-də Bakı metrosunda erməni xüsusi xidmət orqanları tərəfindən təhrik edilərək terror törədib.

Digər tərəfdən də ola bilsin ki, xanımı mübahisədən sonra həqiqətən də şərləmək istəyirlər. Hazırda tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu sübut etmək mümkün deyil. Ziyanın statuslarından bəlli olur ki, o, “əlindəki materiallarla” müvafiq orqanlara müraciət etməyi planlaşdırır.

1news.az rəsmi olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə mövzu ilə bağlı şərh almaq üçün müraciət edib. Lakin hazırda şərhin dərci ilə bağlı məlumat yoxdur.

Azərbaycanın XİN-in mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev isə 1news.az-a bəyan edib ki, bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir:

 “Öz tərəfimdən deyə bilrəm ki, Azərbaycan vətəndaşlarının Gürcüstan vasitəsilə Ermənistana və ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfərlə bağlı faktlar yoxdur”.

Ümid edirik ki, müvafiq orqanlar məsələ ilə bağlı araşdırma aparacaq.

Yeniliklərə bağlı saytımızı izləyin.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
31020

Son xəbərlər

Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü10 / 05 / 2024, 16:21PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy-nin növbəti Kənd Təsərrüfatı təlimləri keçirildi10 / 05 / 2024, 16:19İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar10 / 05 / 2024, 16:09Şuşada Şirin su hamamının bərpadan sonra açılışı oldu10 / 05 / 2024, 15:57Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib10 / 05 / 2024, 15:45Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib10 / 05 / 2024, 15:30Ölkənin ucqar regionlarında yüksəksürətli internetə çıxış əldə edənlərin sayı açıqlanıb10 / 05 / 2024, 15:26Bərdədə qadın küçədə bıçaqlandı10 / 05 / 2024, 15:19Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO10 / 05 / 2024, 15:08
Bütün xəbərlər