Ərdoğan ABŞ-ın terror təşkilatları və məhkəmə ilə Türkiyəni diz çökdürməyə çalışdığını bəyan edib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan ABŞ-ın terror təşkilatları və məhkəmə ilə Türkiyəni diz çökdürməyə çalışdığını bəyan edib

17:13 - 03 / 12 / 2017
Ərdoğan ABŞ-ın terror təşkilatları və məhkəmə ilə Türkiyəni diz çökdürməyə çalışdığını bəyan edib

Baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırılmağa çalışır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

Pulunu verənin PKK terror təşkilatından istifadə etdiyini söyləyən R. T. Ərdoğan Türkiyədə etnik və dini mənsubiyyətinə görə heç kimin təzyiqlə üzləşmədiyini bildirib. Türkiyəni bölməyə çalışanlara qarşı qətiyyətlə mübarizə aparıldığını və aparılacağını bəyan edən R. T. Ərdoğan həmişə kürdlərin hüquqlarını müdafiə etdiyini, hətta Suriya prezidenti Bəşər Əsədlə münasibətlərinin yaxşı olduğu zamanlar kürdlərin hüquqlarının qorunmasını istədiyini bildirib:

"Yaxud Türkiyə İraqdakı, Suriyadakı zülmləri görməzdən gələ bilərdimi? Biriləri öz günlük maraqları üçün zalımlarla birgə ola bilər, amma biz bunu edə bilmərik. Biz bunlarla bağlı ssenarilərə qoşulmadığımız, baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırmağa çalışır. Ssenari bəllidir, bunu əlaltıları, FETÖ terror təşkilatı ilə birlikdə edirlər. Bizi bu oyuna sala bilməyəcəksiniz.

PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar. Hazırda ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədrindən də eyni məqsədlə istifadə edirlər. Millətimiz bilsin ki, bu oyunların heç bir bir-birindən ayrı deyil. Məqsədləri Türkiyəni diz çökdürməkdir. İstədikləri qədər çalışsınlar, bacara bilməyəcəklər".

S.Xankişiyeva

 

Paylaş:
640

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər