Elmar Məmmədyarov YUNESKO-nun baş direktoru ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov YUNESKO-nun baş direktoru ilə görüşüb - FOTO

22:18 - 16 / 01 / 2018
Elmar Məmmədyarov YUNESKO-nun baş direktoru ilə görüşüb - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun baş direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar. Bu xüsusda nazir YUNESKO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək bu əməkdaşlığın güclənməsində Azərbaycanın Birinci vitse prezidenti – YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.

Görüşdə 2013-ci ildə ölkəmiz ilə YUNESKO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu saziş çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib.

Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycan və YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirdi.

Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan “Bakı Prosesi” və bu il sözügedən bu uğurlu layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çəkib.

Odre Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirib və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüş əsnasında nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək ölkəmizin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirib.

YUNESKO-nun baş direktoru bu kimi əməkdaşlığı alqışladığını bildirib və hazırda Təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd edib.

Nazir ölkəmizin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib və ölkəmizin işğal olunmuş ərazilərində mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğulayıb.

O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək YUNESKO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət edib.

Görüşdə nazir Elmar Məmmədyarov YUNESKO baş direktorunu ölkəmizə səfərə dəvət edib.

1news.az

Paylaş:
640

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər